Menu

Şengen vizası bahalaşır

20.06.2018, 13:22
Şengen vizası bahalaşır

Avropa İttifaqı Şengen vizasının qiymətini artırmaq niyyətindədir.

APA-nın Aİ Şurasının saytına istinadən verdiyi məlumata görə, iyunun 19-da Aİ Şurası Viza Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı danışıqlar üçün mandatı təsdiqləyib. Yeni məcəllədə vizanın standart qiymətinin 80 avroya qaldırılması nəzərdə tutulub.

Yeni qaydalara əsasən viza müraciətini əvvəl olduğu kimi, səfərdən 15 gün əvvəldən gec olmayaraq deyil, 6 ay əvvəl yerləşdirmək mümkün olacaq.

Hazırda Şengen vizasının standart qiyməti 60 avrodur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol