Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb. "AzPolitika.info"ya göndərilən, birgə məlumatda bildirilir ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bu sahənin inkişafı sürətləndirilməklə, əkin dövriyyəsi genişləndirilmiş, daha çox əmək ehtiyatları işə cəlb olunaraq, infrastruktur müasirləşdirilmiş, fermerlərin müasir texnika və avadanlıqlarla, o cümlədən keyfiyyətli pestisid və gübrələrlə təminatları gücləndirilmişdir.
Yüksək məhsuldarlığa nail olunması üçün zəruri olan, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə təyinatlı müasir keyfiyyətli pestisid və gübrələrin idxalı və tətbiqi sahibkarlardan, habelə bu sahəyə nəzarəti həyata keçirən vəzifəli şəxslərdən insanlar və ətraf mühit üçün maksimum təhlükəsizliyin təmin olunmasını tələb edir.
Lakin bəzi hallarda bu sahədə mövcud normativ aktların, o cümlədən «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununun, «Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları»nın tələbləri pozulur. Belə ki, son vaxtlar pambıq istehsalı ilə məşğul olan şirkətlər və onların yerli aqronomları və digər məsul şəxslər müvafiq təlimatlara vaxtında əməl etməyərək, tarlada çalışan işçilərlə zəruri təlimatlandırma işləri aparmamış, vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibarət komissiya baş vermiş hadisə ilə bağlı zəhərlənmənin səbəblərini araşdırmaq məqsədilə müvafiq rayonlara ezam edilmişdir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütəxəssislərlə görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırmış, baş vermiş hadisənin təkrarlanmaması üçün konkret tapşırıqlar vermişdir.
Bununla yanaşı, bu sahədə çalışan şəxslərin pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, o cümlədən əhalinin maarifləndirməsi işləri genişləndirilmiş, bu fəaliyyətə həmçinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları cəlb edilmişdir.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında olaraq zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxslərin müalicəsini nəzarətə götürmüşdür. Hazırda hər cür tibbi təminatla əhatə olunan xəstələrin səhhəti üçün hər hansı təhlükə müəyyən edilmir.
Qeyd olunan faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 2018-ci il 10 iyun tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaq zamanı çoxsaylı şahid və zərərçəkmiş şəxslərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək, onların tədqiqatı aparılmış, məhkəmə tibbi, kimyəvi və digər ekspertizalar təyin olunmuşdur.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quliyev Camal Alqulu oğlu 2018-ci il 20 iyun tarixində tutduğu vəzifədən azad olunmuşdur.
Xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilən «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barəsində 2018-ci il 21 iyun tarixdə həmin şəxslərə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə digər müraciətlər də araşdırılmaqla insanların həyat və sağlamlığına təhlükə yaradan bu qəbil hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilməklə, zəruri istintaq hərəkətləri davam etdirilir.
Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır.
***

Bundan əlavə, MKT-İK MMC İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyev və həmin müəssisənin aqronomu Surxay adlı şəxs də həbs olunub.
Həbs olunan şəxslərin barəsində cinayət işi başlanılıb, cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.
Zəhərlənmə hadisəsi ilə məsuliyyət daşıyan vəzifəli şəxslərin həbsinin davam edəcəyi bildirilir.
Xatırladaq ki, kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Onun yerinə Ələddin Eyvazov təyin olunub.
Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov da daxil olmaqla bir neçə nazirliyin rəhbərləri baş vermis hadisənin araşdırılması üçün İmişliyə getmişdi. Hazırda İmişli rayon xəstəxanasında 12 nəfər həkim nəzarətində müalicəsini davam etdirir. Digər zərərçəkmişlərə tibbi yardım göstəriləndən sonra evə buraxıblar.

Şərhlər
Cingiz Gozelovu buraxiblar artist. O qardawi Rasim Gozelova ve bacisi oglu Seymur Mikayilova guvenir. Evinin direyide qizildandi onun.
Hər tərəfə təsadüfi,səriştəsiz.təcrübəsiz qohum-quda..
İnsanların haqlı müraciətlərinə biganə yanaşan,dünya təcrübəsinə,müasir texnologiyaya əsaslanmayan idarə sistemi iflasa uğramalıdır.Nəticə
ösünü çox gözlətmədi.Hər yerdə belə yanaşmanın nəticələri görükməkdədir.Ciddi nəticələr çıxarılması ölkə və əhali üçün olduqca vacibdir..........
Cenab prezident kendlilerin sosial veziyyetlerini yaxsilasdirmaq ucun panbigin inkisafi ucun heqiqetenden boyuk isler gorur. Bu isde ona destek olmalidi Inam Kerimov. O vezifesinin mesuliyyetini derk etmelidi. Bu zeherlenme isinde 1 ci gunahkar inam kerimovdu. Isine duzgun terefden yanashsaydi bu cur hallar olmazdi. Her bir nazir addim atanda oz ambisiyalarini kenara qoyub prezidentin adindan addimladigini bilmelidir. Tesuf ki nazir bele dusunmur herseyin ASAN oldugunu dusunur. Bele deyil axi...
Arasdirmalar aparildiqdan sonra buraxilacaq tutulanlar. Esas texribatcilar cezalandirilsalar bu hallar tekrarlanmaz. Sepilen dermani bu 3 nefer getirib olkeye? Esas gunahkar gomrukdu cunki nezaret ordan bashliyir, bu yaxinlarda “gomruk ishi” ne gore cinayyet isi acilmisdi neticesi bilinmedi amma. Butun hallarda mesuliyyet icra bascilarinda ve kend teseruffati nazirliyindedir. Cezalarini alsalar tekrar olmaz. Yaziq kendci bexti olsaydi pambiq sahesinde niye eshelenirdi ki ve zeherlenirdi? Ehh....
Monopolist galib bir terefde,aidiyyati olmayanlari basirlar dama.
Prokurorluğun gəlhagəlidir. Bir tərəfdə Göyçayda uçan körpü, digər tərəfdə pambıq bəylərinin zəhər məsələsi. Görəsən bu qədər işləri necə çatdıra biləcəklər?...
Bu qədər adam tutulubsa qarovulçular niyə tutulmayıb çöldə gəzirlər?
EWWI,SAQIB BURAXACAQLAR.ESAS INKIWAFDU...YAVAWDAMAQ OLMAZ,PAMBIQ GUYA VALYUTA GETIRECEK.BALA BALA KECIN XIYARA,ARTUR MALLIM DEMIWKEN,DUZLUDA OLAR