«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyədə prezident seçkilərini müşahidə etmək üçün ölkəyə gəlmiş nümayəndə heyətinin tərkibinə daxil olan İsveç parlamentinin deputatı Cabar Əmin İstanbul aeroportunda sərhəd nəzarətçiləri tərəfindən saxlanıb. Bu barədə İsveçin «Sydsvenskan» nəşri yazıb.
«Mən, pasport nəzarətinə yanaşarkən, artıq məni təhlükəsizlik polisi gözləyirdi. Onlar mənim pasportumu götürdülər və başqa yerə apardılar. Beş dəqiqədən sonra polis çıxdı və dedi ki, onlarda yuxarı orqanların əmri var» - deyə, Əmin bildirib. Onun sözlərinə görə, hələ də saxlanılmasının səbəbini bilmir.
«SVT» telekanalının xəbərinə görə, İsveçin xarici işlər nazirliyi (XİN) bu məlumatı təsdiqləyib. «Bizə məlumat veriblər ki, Cabar Əminə Türkiyəyə girməyi qadağan ediblər. Bununla bağlı biz, Türkiyə nümayəndələrinə sorğu göndərmişik» - deyə telekanal İsveç XİN nümayəndəsindən sitat gətirir. Bildirilir ki, İsveç hakimiyyəti olayla bağlı hər-hansı qərar qəbul etməzdən əvvəl, Türkiyə tərəfin izahatını gözləmək niyyətindədir.


Şərhlər