Məlum olduğu kimi, ötən il Azərbaycan Respublikası Milli Məclisinin «Əmək və sosial siyasət Komitəsi»nin(əslində isə «əməksizlik və anti-sosial siyasət yığıncağı!») sədri Hadı Rəcəblinin «rəhbərliyi» altında bir «pensiya qanunu» hazırladılar və «sürüyüb» parlamentdən keçirdilər - yəni ki, səbatsız deputatların böyük əksəriyyəti mübarək əlini qaldırıb, «dobro» söylədi.
Fəqət, böyük əminliklə qeyd etmək istəyirəm ki, bu səbatsızların, yenə də böyük əksəriyyəti Hadının «pensiya fırıldağı haqqında» qanun layihəsini əməli-başlı oxumadan, dünya ölkələrinin mütərəqqi pensiya təcrübəsinə ötəri də olsa, nəzər salmadan, mexaniki olaraq «inersiya üzrə» əlini qaldırmaqla, necə bir «cinayət işlədiyinin», necə bir günaha batdığının fərqində olmadı - olsaydı, ən azı «yuxarının qorxusu altında» bitərəf qalardı...
Qeyd etmək istəyirəm ki, pensiya haqqında sivil dövlətlərin mütərəqqi təcrübəsini anti-sosial HadıSəlimin «istehsal etdiyi» yeni qanunla müqayisə etsək, sonuncunun nə qədər mürtəce olduğu şübhə doğurmaz. Buna əmin olmaq üçün dünyanın ən mütərəqqi pensiya təcrübələrindən biri sayılan Birləşmiş Ştatların uyğun qanununa nəzər salmaq kifayətdir (Gələn saylarımızın birində ABŞ-ın pensiya qanunvericiliyi barədə bir yazı hazırlamaq fikrindəyəm)...
Uzunçuluq olmasın deyə, anti-sosial HadıSəlimin icad etdiyi «pensiya qanunu» ilə nəzərdə tutulmuş iki epizoda barmaq tuşlamaq istəyirəm - bu sənədlə pensiya yaşı 65-ə, əmək stajı isə 25 ilə qaldırılıb. Ölkədə kütləvi izsizliyin, o cümlədən «rəsmi işsizliyin» tüğyan etdiyi, əhalinin total tibbi köməksizlik durumuna gətirildiyi (orta ömür uzunluğunun sürətlə düşməsi fonunda!) bir vaxtda, anti-sosial Hadı (və Səlim) görəsən hansı məntiqdən çıxış edərək, bu avantüraya qol qoyub! Bunu mütləq Hadıdan (və Səlimdən) soruşmaq gərəkdir və əminəm ki, nə vaxtsa soruşacaqlar...
Fəqət, hələlik anti-sosial Hadının «qılıncının qabağı kəsməsə də dalı kəsir». Bu şəxs özünü necə bir cəzasızlıq və məsuliyyətsizlik mühitində hiss edirsə, arabir «ağzına gələni» danışır! Məsələn, belə:
«Hadı qələmi alıbdır ələ,
Azına gələni buraxır çölə...»
Adəti üzrə dünən bir daha... özü-özünü «ittiham» (deməli, dolayısı ilə təkzib!) etmiş oldu!
Görün bu «ağıl dəryası» necə bir «reaktiv» bəyanat irad eləyib: «Azərbaycanda bu gün sosial sığortaya cəlb olunmayan insanlar, gələcəkdə əziyyət çəkəcək... Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu, o deməkdir ki, 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək...» Baxın, bu məkrli insan yenə də səmimiyyətdən uzaq danışır! «Sığorta ilə pensiya ala bilməyəcək» deyərkən, iş stajının qaldırılmasından meydana gələn «maneə»ni ört-basdır etməyə cəhd göstərir. Məsələn, 1,2 milyon insan qeyri-formal işləyirsə, 25 il iş stajını necə toplaya bilər? Bunu bilə-bilə, iş stajını 12 ildən 25 ilə qaldırmaq nə deməkdir?! Bəlkə «qanun qayırarkən» Hadı bunu anlamayıb? Əsla yox, sadəcə, fərqində olmayıb - çünki cəzasızlıq mühitində «kefə baxır» və antisosial-antixalq fəaliyyətinin (yəni ki, xalqa düşmən fəaliyyətinin) qarşılığında, dövlətin büdcəsindən hər ay 2700 manat «məvacib alır»... HARAMDIR!!!
İndi isə fürsətdən istifadə edib, Hadıdan soruşmaq istəyirəm: Ey anti-sosial, antixalq komitə sədri, ötən ildə «pensiya haqqında qanun» düzəldərkən, bilmirdin ki, ölkədə milyonlarla qeyri-formal işləyən və deməli, iş stajı toplaya bilməyən insan var?! Nə üçün indi irad etdiklərini o zaman görməzliyə vurdun?! Heç olmasa, yapdığın «antisosiallar»ın miqyasını və məsuliyyətini anlayırsanmı?...
İnli isə geçək məsələnin digər tərəfinə. Əcəba, iki gün bundan əvvəl Hadının reaktiv olaraq irad etdiyi (qeyri-formal işləyənlər barədə səsləndirdiyi fikir) «bəyanat» hansı məqsədə xidmət edir? Guya bu rəqəmi səsləndirməklə, Azərbaycan insanının sosial sığorta problemi aradan qalxacaq? Əsla yox! Bəs, Hadı nə üçün özünə əziyyət verib, «canyananlıq» edir?
Güman etmək olar ki, bu «bəyanat»ı səsləndirməklə, antisosial Hadı ünvanına az da olsa səsləndirilən tənqid və ittihamlardan yayınmaq və guya insanların qayğısına qaldığını nümayiş etdirmək məqsədi güdür - bir tərəfdən. Amma əbəsdir, çünki Hadının bu cəhdi «qoy desinlər ki, molla tacir olub» mahiyyəti daşıyır və əksinə, onun şəxsinə daha böyük antipatiya formalaşdırır. O biri tərəfdən isə, sanki Hadı demək istəyir - hökumətin (məsələn, baş nazir müavini Əli Əhmədovun) elan etdiyi milyonlarla «yeni yaradılmış» iş yerlərində işləyənlər «qeyri-formaldırlar», bunda isə mənim günahım yoxdur və s. Yenə əbəsdir, nədən ki, hökumət insanları rəsmi (formal) işlə təmin edə bilmirdisə, o zaman Hadı mürtəce «pensiya haqqında» qanun «qayırmamalı» və mövcud vəziyyət düzələnə qədər, gözləməli idi. Fəqət, gözləmədi...
Xəbər verildiyi kimi, qonşu Rusiyada da hökumət «pensiya islahatı»na start vermək niyyətindədir - hökumət sədri Dmitri Medvedyev təkliflər paketi ortaya qoyub. Amma Rusiya Azərbaycan deyil və bu ölkənin siyasi partiyaları, həmkarlar təşkilatları hökumətin bu təklifinə qarşı çıxırlar. Son günlər Rusiya KİV-ləri bu barədə belə yazırlar: «Problem, artıq küçəyə çıxır...» İndi ruslar bu etirazı yönəltmək üçün yeni lider arayırlar...
Ölkəmizdə isə sanki bir «qəbristanlıq sükutu» hökm sürür - hamı Hadının «qanunu»nun əleyhinədir, amma heç kim «qımıldanmaq» istəmir, məlum filmdə («Gənc qisasçılar» filmi) deyildiyi kimi: «…Və ətrafda sükut hakimdir - ölülər əllərində dəryaz gəzirlər...» Hesab edirəm ki, gələcəyə ümidlə baxmaq və bu sükutu pozmaq, hadıkimiləri məhkəmə qarşısına çıxartmaq gərəkdir. Bəlkə o zaman Hadı, ya gerçəyi məhkəməyə danışa, ya da özünü «YAP ideallarına fəda eliyə»...
İstənilən halda, tarix onun layiqli cəzasını verəcək və istisna etmirəm ki, bu antisosial zat Şəkidən daşqalaqla qovulduğu kimi, parlamentdəki kabinetdən də daşqalaqla... türməyə «ezam ediləcək». Söz verirəm ki, bunun üçün əlimdən gələni edəcəm...
Ölkəmizdəki gerçək vəziyyəti müqayisə etmək üçün gələn saylarımızda Rusiyada bu istiqamətdə cərəyan edənləri diqqətdə saxlayacam və Birləşmiş Ştatların pensiya təcrübəsi barədə ətraflı bir məqalə dərc etdirəcəm.
«AzPolitika.info»-nu izləyin.
Mirzə AĞ
AzPolitika.info

Şərhlər
GÖRƏSƏN XALQIMIZ NEÇƏNCİ ƏSRDƏ FİRAVAN YAŞAYA BİLƏCƏ?
PENSİYAÇILARIN ƏKSƏRİYYƏTİ YOXSULLUQ HƏDDİNDƏ YAŞAYIR. ƏHSƏN NEFT ÖLKƏSİNƏ
elsen-ə, bu sifariş deyil. Bu onluq deyilsə, orada niyə oturub yekə-yekə danişır,deməli onlar iş görmürlər. Aldıqları "məvacib"də elə rüşvətdir.
hadi recebliye hucum kutle psixologiyashdan qaynaqlanir- axi bu pensiya meselesi onluq deyil - aparatdam gelen telimata uyqun vezifesini yerine yetirir. bes niye o biri deputatlar etiraz etmirler -. cunki ede bilmezler.bu yazi hadi muellime qarsi bezi quvvelerin sifarisi kimi gorunur.
pis memurları səhrada atın quyruğuna bağlayıb ata da 1-2 qamçı vuralar bir yarım saat at onları sürüyə bəlkə həyatı başa düşər bilərlər, yoxsul və sürünə sürünə yaşamaq nə deməkdir.
ANTİ SOSİAL DÜZ! ANTİ MİLLİ LAP ZOR!
Hadının arxasında Allahşükür durur.Guya o özü təmizdir....Kİm və nə vaxt onu ömürlük şeyx edib? Belə bir vəzifəmi var?Ən maraqlısı isə Din sahəsinin iki tərəfli idrəsidir.Əgər Dini qurumlarla iş Komitəsi varsa,onda Allahşükürün idarəsi nədir? Bunu bir düşünən varmı?Nə zaman bu ikili idarəyə son qoyulacaq?
Hadiyla isiniz olmasin o kim olur olsun isleyecek ferq etmez....padxodu cox gucludu
Azpolitikanın Hadı-Səlim haqqında araşdırmaları birinci növbədə xalqımıza xidmət etməsindən xəbər verir.Hadı-Səlim hamını özləri kimi bilirlər,belə ki bütün qohum-qardaşları özlərinə layiq olmayan yüksək vəzifə sahibidirlər,ayda yüksək əmək haqqı,pensiya,dövlətin xidməti maşınları,sürücüsü,köməkçisi,
obyektləri və s...
Məmurların hamısı gündəlik qazandıqları on minlərlə kifayətlənməyərək dövlətin milyardlarını mənimsəyiblər.Onların yeri həbsdir,mənimsədikləri milyardlar dövlətimiz üçün təhlükə mənbəyidir.
Hadı o dərəcədə qeyri-səmimi birisidir ki,onu ifadə eləməyə söz də tapmaq olmur........Bu adam zamanın faciəsidir
Hadı Rəcəbovun necə kadr olduğu hələ Şəki hadisələrindən hamıya məlum idi.Bəs necə olur ki, belə insanı bu günə qədər yuxarılarda (hətta Millət vəkili ediblər) təmtəraqla saxlayır,ona əlavə gəlir,milyonlara,obyektlərə,villalara sahib olmaq imkanı yaradırlar.Bu hansı normal cəmiyyətdə mümkün olar?
.... bacarıqsız olduğundan ona tapşırılan sahəni kökündən batırıb,ömrünü ölkəmizin inkişafına sərf edən insanların rəzil günə düşməsinə səbəb olur.Allah qorxusu yoxdur?
....
Digər özünü Azərbaycan xalqının deputatı sayan beşinci kalonun üzvü kimi açıq-aydın çıxışlar edən Arif Rəhimzadələr artıq meydan sulamağa başlamışlar.Azərbaycanın lazımi orqanları qardaş Türkiyədə olduğu kimi beşinci kolonun üzvlərinə, Azərbaycan dövlətinin gücünü göstərməlidir.Sonda Azərbaycan Cümhuriyyətinin devrilməsinə səbəb olan Həmid Sultanovların,Qəzənfər Musabəyovların və dicər milli satqınların taleyini sizin yadınıza salmaq istəyirəm.Bilin ki,tarix satqınları heç vaxt bağışlamır.
Hörmətli AZ.POLİTİKA saytı:Sizə qaldırdığınız mox mühhüm məsələyə görə təşəkkürümü bildirirəm.Sizin qeyd etdiyiniz kimi bəzi məmur və deputatlarda Azərbaycan türklərinə qarşı sanki bir düşmənçilik var ...Bu adam müəllimlərimizdən iş vaxtından sonra tikinti sahələrində çalışmağı tələb edirdi.... beləlilərini görəsən kimlər israrla deputat seçdirirlər.
T.ƏDALƏT! HADI.....,KAMANÇA YOX!
RƏCƏBLİ BƏLKƏDƏ ƏN ARZUOLUNMAZ KADRDİR.BƏS BELƏ İSƏ ONUN NƏYİ VƏ HARASİ BU İJTİDARİN XOSUNA GƏLİR HƏ?
Hörmətli AZPOLİTİKA.Təklif edirəm ki bu mürtəce antimilli qanunun ləgv edilməsi ücün xalqi birləşdirərək prezidentə müraciət olunsun.
Nəvə babasından SSRİ-yə rəhbər olmuş şəxslərin necəliyini soruşduqda baba birini dəli, birini kəmsavad, birini əzazil adlandırdı. Növbə Brejnevə çatanda baba karıxır, ətrafa göz gəzdirib pıçıltıyla deyir: "Gözlə bu da ölsün, sonra necəliyini bilərik". İndi bizdə də eyni vəziyyətdir. On illərlə talanşılıq edib dövlət büdcəsindən milyardları mənimsəyən fazil-səlimfason siçovullar, dövlətin təməlini sarsıdan eldarsayağı qanqsterlər vəzifədən məhrum edilib "mənsəb mərhumlarına" çevrilənədək nur simalı mələk idi
Hadı müəllimə öz minnətdarlığımı bildirirəm eləcədə deputat maaşı alanlara. Bunlar bu milləti yoxlayırlar ki görək nə qədər susub duracağıq və hələ nə qədər minmək olar. Sizin bəxtiniz gətirib ki onun yerinə mən deyiləm yoxsa mən razı olardım ki bu pensiya alanların ki də kəsilsin.Belə getsə bir iki məqalədən sonra yəqin ki qanunu düzəldəcəklər pensiyalarda artacaq və gətirib evdə verəcəklər Əsas odur ki oturun evdə çölə çıxmayın birdən pensiyanı gətirərlər və sizi evdə tapmazlar Şirin xəyallarla Sağ olun
Ehsen mirze siz haqqi yazan insansiz .hadiseliminde axirini bilmey olmaz
Turizm sahəsinə fikir verdikdə xarici turistlərin 70-80 faizinin pensiyaçılar olduğunu görürsünüz.Deməli onlar aldıqları pensiya ilə
normal yaşayır və hətta turist səfərlərinə çıxa bilir..Yəni pensiyaları hətta turist səfərlərinə də çatır.
Bəs bizdə bu imkanı niyə yoxdur?Bu sual baş bilənləri düşündürə bilirmi?DEməli burada böyük bir uyğunsuzluq baş verir.Azərbaycan öz daxili gəlirləri ilə ( başqa respublikalara nəzərən) yaşadığı,kifayət qədər gəlirləri olduğu halda pensiçılarına bu zülm niyə verilir?
t.ədalət-lə razıyam H.Rəcəbli onu deputat seçdirənlern çaldığı havaya oynayır və sadəcə ...Görəsən bu deputatın ağzından xalqın xeyrinə bircə fikir söylənəcəkmi?Bəs bizdə həmkarlar ittifaqı deyilən qurum yoxdurmu?Başqa bir dövlətdə bu qədər kiçik pensiya pulu ilə belə pensiya şərtləri qoyula bilərmi?H.Rəcəblinin məntiqi ilə işçinin maaşından 12.5% [(22+3)/2] sosial-suğorta vergisi tutulmalıdır, yəni demək olar ki gəlir vergisi qədər.Pensiya yaşını 80-a yüksəldin ki daha heç kimə pensiya almaq qismət olmasın.ALLAH nə günahımız var ki bizim belə deputatımız var.S.Müslümovdan qurtulduq, ALLAH Hadini də başımızdan eləsin. Amin...
MOLODES HADIYA,ONA WEREF,WOHRET ORDENILERI VERILMELIDI .....INKIWAFI YADDAN CIXARMIR.....
MOLODES HADIYA,ONA WEREF,WOHRET ORDENILERI VERILMELIDI ,YAXWI ...,INKIWAFI YADDAN CIXARMIR...
Hadı bəyi millətin güzəraı yox,onun Lənkəandakı, Bakıdakı obyektləri, villaları maraqlandırır.......Yoxsa bu qədər əldə etdikləri deputat maaşı ilə mümkün olmazdı.Bir də ki, Hadını mühafizə edənin kimliyi də maraqlıdır....... o millətə cavab versin.Siyahi məsələsi!
Hami vezifeye getirilende olur huru melek. Selim M. en azindan bir ish gordu, o nazirlikde hec bir proqram yox idi her shey el yazisi jurnal sheklinde idi. Selim orda elektron sistemin qurucusudu. Sahil orda ne edecek onu yaxin gelecek gosterecek. Hadi m ise hec bir soz sahibi deyil . Heqiqetende dunya tecrubesine esaslanaraq duzgun bir qanun qebul etmek olardi teki istek olsun, dovletini, dovletciliyi ,prezidentin siyasetini desteklemek isteyi olsun.
pensiya haqqinda qanunun qəbuluna səs vermiş "təyin olunmuş" deputatlar xalqin imkansiz hissəsini ömürlərinin axirina kimi səfalətlə yaşamağa məhkum ediblər
Burada Hadının səviyyəsinin tutduğu və tutdurduqları vəzifəyə uyğun olmadığı ortaya çıxarılıb.Yaxşı Hadı və Səlim necə olur ki, uzun illər insanlara belə antixalq qanunlarını yeridib? Axı bu qanunları təsdiqləyən Milli Məclis öz postlarındadır.Belə halda kimi günahlandıraq? Bəlkə biri (qanun hazırlayanlar) anlaqsız, düşüncəsiz, gözünü yumub ağına gələni danışanlardır.Bəs onlardan yuxarıda oturanlar ömrünü işləyib,sonunda zillət çəkən insanları görmür?
Bismillahir-Rəhmanir-Rəhim.
Etiraf etmək lazımdır ki,məqələ çox dəqiq və hərtərəfli yazilıb,həmd ə uzunçuluqdan uzaqdır. Mirzə bəyə məntiqli izah görə çox sağ olsun.Burda yazilan tənqidi fikirləri tam dəstəkləyirəm.Xüsusi ilə iş stajını 12 ildən 25 ilə qaldırmaq!!! Xalqa xəyanətdir!!! Heç bir, məntiqlə izah etmək çox çətindir.Şəkidən daşqalaqla qovulmuş, Hörmətli Hadi bəy necə deputat olub? Hörmətli Mirzə bəy yeni məqələnizi gözləyirik.
Başa düşə bilmirəm bunlar başını itirib, yoxsa mən.Uşaqlarımız iş tapa bilmirlər, bunlar çıxıb qırmızı-qırmızı deyirlər ki,iş tökülüb qalıb, işləyən yxdur.Bir də eşidirsən ki,filan məmur 100 milyonu götürüb qaçıb, nə bilim Dübayda İngiltərədə milyonluq mülk alıb(haram xoşları olsun, irin-çirk olub burunlarından gəlsin).Amma biz elementar həyatımızı zülmlə yaşayırıq.İndi təzyiqim qalxıbdır,pul tapmıram ki, gedib onu alam.Bu zülmün axırı olacaqmı?Yaqin olar-Amin!Azpolitika kişi ol,bunu olduğu kimi ve
Hadı-Səlimi başa düşdük, onlar həqiqətən yuxarıların kamança-dumbul çalanlarıdır.Bəs Parlamentdə oturanların arasında beş-on insaflı kişi tapılmadı ki, bu qanunu bir az yumşaltmağa cəhd etsinlər. Axı açıq-aydın görünürdü ki, bu qanun Azərbaycan vətəndaşlarını gələcəkdə pensiya almaqdan kənarlaşdırmağa hesablanmışdır.Vətəndaşlarımız hələ yuxudadırlar, elə bilirlər ki qanunda düzəlis pensiya yaşının 65-ə qaldırılmasından ibarətdir, əsl həqiqəti pensiya yaşları çatanda qanacaqlar.
Çox gözəl yazıdır.Mirzə müəllim,belə araşdırmalar üçün Hadının canı üçün sizə Nobel mükafatı düşür.
Hadının kamança çalan olduğuna yox, kamançada nə çaldığına diqqət yetirmək lazımdlr. Çaldığı nədir? - ən yaxşı halda, "darlit, dirlit, zarlit...". Əvəzində aldığı nədir? - ayda 2700 manat büdcə pulu!
Kamançanı Azərbaycanda uzun müddət ermənilər çalıb.Bəlkə də ona görə Hadı müəllim bu alətdən imtina edib.Olsun!İnsan,məlumdur ki,gözəl əməlləri ilə yadda qalır.Əməllər yaramaz olanda,adamın adını da bulandırır,işini də.Kərbəlayının İmana dediyi sözlər yada düşür.Yəni,"indiyə kimi nə olub-olub".Bundan sonra,elə bilirəm ki,alətləri bir kənara atıb,xalqa,Vətənə xeyirli olanları ötmək olar...
BÖYÜK ŞAİRİMİZ MƏMMƏDHÜSEYİN ŞƏHRİYAR YAZIRDI:
BİZDƏN İRƏLİDƏDİR AVROPALILAR,
CÜNKİ İŞİ İŞ BİLƏNƏ TAPŞIRIR ONLAR...
HADI KİMİ ÖZÜNÜ DÜŞÜNƏNLƏR HEC VAXT XALQI ÜCÜN CALIŞA BİLMƏZ.ONLAR QATARDA FİLMİNDƏKİ FATILAR-DIR.HADİ KİMİLƏR XALQIN QARĞIŞİ VƏ LƏNTİNİ YADDAN CIXARTMASINLAR.