Menu

"Belarus müstəqilliyini itirə bilər" - Lukaşenko

24.06.2018, 21:33

aleksandr-lukasenkoBelarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.

A. Lukaşenko deyib ki, əgər xalq ölkənin qarşısına qoyulan iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər: "Əgər bu illər ərzində uğur qazana bilməsək, uğursuzluğa düçar olsaq, hansısa dövlətin tərkibinə daxil olmaq lazım gələcək, ya da sadəcə, bizi döz çökdürəcəklər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol