Menu

«Rusiya ABŞ-ın Şərqi Avropada güclənməsini nəzərə almağa məcburdur» - Rusiya XİN

27.06.2018, 18:09

rusiya xin«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, ölkəsi özünun müdafiə planlaşdırması məsələlərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şərqi Avropada güclənməsini hesaba almağa məcburdur.

O, qeyd edib ki, ABŞ öz sərhədlərindən kənarda 800 hərbi bazaya malikdir, Polşa və Rumıniyada isə qlobal raket əleyhinə müdafiə sistemi (RƏM) layihəsini reallaşdırır.

«Alyans Şərqi Avropa məkanını ələ keçirmək fəaliyyətini davam etdirir, açıq qapılar siyasətini yeridir ki, bu da yalnız yeni bölücü xətlər yaradır və qeyri-sabitliyi gücləndirir. Aydındır ki, Rusiya da özünün müdafiə planlaşdırmasında bütün bu amilləri nəzərə almağa məcburdur» - deyə, Qruşko ATƏT-in Təhlükəsizlik sahəsində problemlərin şərhi üzrə illik konfransının açılışında bəyan edib.

Konfrans iyunun 26-da Vyanada başlanıb və iyunun 28-ə qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol