Menu

Narkotik daşıyan avtomobil saxlanıldı - İki nəfər tutulub, bir nəfər qaçıb

29.06.2018, 10:21
Narkotik daşıyan avtomobil saxlanıldı - İki nəfər tutulub, bir nəfər qaçıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Qurumun Mətbuat Mərkəzindən verilən məlumata görə, ötən gün DSX əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

Məlumata görə, iyunun 28-də saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərə­findən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olub.

Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılan vətəndaşların şəxsiyyəti də­qiq­ləş­dirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il tə­vəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olma­ları müəyyən edilib. Hadisə yerindən qaçan üçüncü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol