Menu

Azərbaycanda problemli kreditlər cüzi artıb

29.06.2018, 18:40
Azərbaycanda problemli kreditlər cüzi artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 710,8 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,1% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 5,2% artıb, ötən il iyunun 1-nə nisbətən isə 1,7% azalıb.

Mayın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,3% təşkil edib. Bu nisbət aprelin sonuna 14,5%, ötən ilin sonuna 13,8%, ötən il mayın sonuna isə 11,8% təşkil edib.

Şərhlər

buzlaq 2018-06-29 18:40:21

Bağışlayın ey, o Beynəlxalq Bankdan götürülmüş (rəhmətə göndərilmiş) milyardların taleyi necə oldu? Məşədi İbad demişkən, xanım siz heç danışmırsınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol