Menu

"Aprel döyüşləri düşmən ordusunun bel sütununu sındırdı" - Müdafiə nazirinin müavini

30.06.2018, 12:54
"Aprel döyüşləri düşmən ordusunun bel sütununu sındırdı" - Müdafiə nazirinin müavini

"Aprel döyüşləri Ermənistan ordusuna böyük zərbə vurub və düşmənin bel sütununu sındırdı".

"Report" xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi əvvəlcə bunu etiraf etmək istəməsə də, sonrakı dövrdə təsdiqləməyə məcbur olub: "Ermənistanın hərbi siyasi rəhbərliyi Aprel döyüşlərində məğlub olmalarını qəbul etmək istəməyiblər. Amma özlərinin hərəkətləri bunun tamamilə əksini göstərir. Əgər Ermənistan Aprel döyüşlərində məğlub olmamışdısa, hərbi rəhbərlik niyə dəyişdi?"

K.Vəliyev bildirib ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həbs edilməsi və ortaya çıxan faktlar düşmən ordusundakı biabırçı vəziyyəti bir daha hamıya nümayiş etdirdi.

Şərhlər

t.ədalət 2018-06-30 12:54:26

Bizə bizdən olan Türk hərbi təlimi və tərbiyəsi ilə yetişən zabitlər lazımdır.Yalnız onda sözdən fəaliyyətə keçə biləcəyik!Ötən müddət ərzində müd.naziri olan Məmmədrəfi Məmmədov və Səfər Əbiyev çoxsaylı əsgərlərimizin itkisinə səbəb oldular.Özü də bilərəkdən,Moskvaya sədaqətlərinə görə.Cəzasız da qaldılar.Böyük itkilərə səbəb olan naşı əməliyyatlar hüquqi qiymətini almadı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol