Menu

Prezident Mingəçevir İES-də baş vermiş qəzanı nəzarətə götürüb

03.07.2018, 09:50
Prezident Mingəçevir İES-də baş vermiş qəzanı nəzarətə götürüb

Azərbaycan Prezidentinin Mətbuat Xidməti Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Bildirilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanılıb.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.

Şərhlər

Azər 2018-07-03 09:50:10

Mingəçevirdə 2-ci dünya müharibəsindən qalma trofey olan Yaponiya avadanlığı işləyirdi...onu yüz milyonlar sərf edib Çin avadanlığına dəyişdilər..Nəticəsi də bu...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol