"AzPolitika.info" Rusiya mətbuatına istinadla bildirir ki, DÇ-2018-dəki son oyununda Belçika yığması ilə əzmkar mübarizə apararaq, məğlub olan Yaponiya yığmasının oyunçuları nümunəvi addımla yadda qalıblar.
Belə ki, komanda üzvləri Rostovda keçirilən oyundan sonra tərk etdikləri geyinib-soyunma otağını təmizləyiblər. Otaqdakı stolun üstünə isə rus dilində "Spasibo" yazaraq, mesaj buraxıblar. Bu yolla da gündoğan ölkənin təmsilçiləri çempionatın təşkilatçılarına öz minnətdarlıqlarını ifadə ediblər.
Heç yaponiyalı azarkeşlər də öz davranışları ilə komanda üzvlərindən geri qalmayıblar. Belə ki, yapon azarkeşlər bundan öncə Saransk şəhərində Kolumbiya yığması ilə qarşılaşmadan sonra tribunadakı zibilləri yığışdırıblar. Bu təmizkar və nümunəvi reputasiyanı yaponlar hələ 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatından qazanıblar. Həmin çempionatda da Yaponiya millisinin keçirdiyi hər oyundan sonra yapon azarkeşlər tribunalarda təmizlik işləri görüblərmiş.


Şərhlər