Menu

MƏŞHUR VERGİ GENERALI “VURULDU” – Habil Məmmədov vəzifəsindən uzaqlaşdırıldı!

04.07.2018, 10:28
MƏŞHUR VERGİ GENERALI “VURULDU” – Habil Məmmədov vəzifəsindən uzaqlaşdırıldı!

Vergilər naziri Mikayıl Cabbarov sabiq nazir Fazil Məmmədovun ən məşhur kadrlarından birini – Habil Məmmədovu vergi sistemindən uzaqlaşdırıb. “AzPolitika.info”ya vergi sistemindən daxil olan məlumata görə, Habil Məmmədov dünən vergilər nazirinin müşaviri vəzifəsindən azad edilib.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olan H.Məmmədov ötən ilin dekabrında prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadrlardan biri hesab olunurdu. 1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan Habil Məmmədovun Fazil Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, yeni nazir Mikayıl Cabbarov gözlənilənin əksinə olaraq, xeyli müddət onun təcrübəsindən istifadə etdi.

Bununla yanaşı, bəzi mətbu orqanlarda sözügedən vergi generalının adı Vergilər Nazirliyindəki neqativ hallarla əlaqədar çəkilirdi. Lakin bir çox mütəxəssislər və vergi işçiləri onu vergi sisteminin təkmilləşdirilməsində və nizam-intizam yaradılmasında xidmətləri olan savadlı və təcrübəli kadr kimi tanıdıqlarını bildirirlər.

TAHİR

Şərhlər

talis 2018-07-04 10:28:35

O QƏDƏR YİXİB Kİ NƏTİCƏSİNƏ DƏ BƏSDİ. TƏSUF Kİ AZƏRBAYCANDA GURCUSTAN VARİANTİ İSLƏMİR. BİR SORUSANDA YOXDU Kİ SƏNİN ƏMƏK HAQİN 2500 MANAT BELƏ DƏYİL BU MİLYONLARLA OLCULƏN VAR-DOVLƏT OBYEKTLƏR SƏNƏ HARDANDİ?ƏLİNDƏN ALİB BUDCƏYƏ KECİTSƏLƏR DOVLƏTƏ DƏ MİLƏTƏDƏ XEYRİ OLAR. YOXSA NƏ FİRLADİR YEYİB GƏZƏCƏK DƏ...

Həmid 2018-07-04 10:28:35

PUL ÇIXARTMAĞIN MÜXTƏLİF PRİYOMLARININ YARADICISIDIR. ONDAN ÖYRƏNMƏK LAZIM İDİ.

vergi ödəyicisi 2018-07-04 10:28:35

vergi ödəyicilərin qorxulu yüxüsu olan Habil Məmmədov. şükür allaha.

İLHAM 2018-07-04 10:28:35

əllərinə saxliq cənab NAZİR! ..... OZUNƏ VƏ BUTUN ƏTRAFİNA VƏ XUSUSƏNDƏ VERGİ PROQRAMİNDA FƏAL KAMPUTER İSİ APARAN QAYNİNA VİLLALAR, MALİKANƏLƏR, OBYEKT, RETORAN, OTELLƏRƏ SAHİB OLANLARA DA CƏZA VER!

t.ədalət 2018-07-04 10:28:35

komsomolçu S.Ələkbərovun da vaxtı çatıb.leninçilərlə inkişafa nail olmaq çətindir..

Semed 2018-07-04 10:28:35

Mikayil Cabbarov genc ve savadli kadrdir,amma vergi sisteminde tezedir.Habil Memmedov ise tecrubeli,oz isini mesulliyyetle yerine yetiren bir kadr idi. ona gore de onun tecrubesinden yararlanmaq lazim idi.Genc nazire gelecek fealiyyetinde uqurlar arzu edirem.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol