Menu

Ölmüş sayılan qadın morqun soyuducusunda diri tapılıb! 

04.07.2018, 17:38
Ölmüş sayılan qadın morqun soyuducusunda diri tapılıb! 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Afrika Respublikasının (CAR) sakini olan qadını morqun soyuducusunda diri tapıblar. Yol-nəqliyyat qəzasında zərər çəkmiş qadın hazırda xəstəxanada müalicə alır.

İnsident belə olub - qəzaya düşmüş və həkimlər tərəfindən ölmüş elan olunan qadını Qautenq əyalətindəki Karletonvil morquna aparıblar. Cənubi Afrikanın «Times Live» xəbərlər saytının yazdığına görə, «Distress Alert» təcili yardım şirkəti bəyan edib ki, qəza qurbanı olmuş qadında heç bir həyat əlaməti olmayıb.

Morqun fəhləsi soyuducudakı «meyit»i yoxlamaq üçün geri qayıdarkən, qadının nəfəs aldığını müəyyən edib. Onun adı xəbər verilmir.

Fakt əsasında təhqiqat başlanıb.

Qəza vaxtı maşında sözügedən qadından başqa, daha iki nəfər də olub - onların hər ikisi həlak olub.

Xəbərdə deyilir ki, sözügedən insident cari ildə qeydə alınmış ilk hadisə deyil ki, «meyit» diri tapılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol