Dini fəallar Bəxtiyar Qurbanov və Röyal Əsgərovun işində şahid olan Kamran Seyidov intihar edib. Oktyabrın 11-də “Azadxeber.net” saytı onun son məktubunun mətnini yayıb:
“Mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013 tarixində mənimlə görüşmələri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödənilməsinə köməklik etməyi xahiş etdi. Onlar görmək istədikləri işi, yəni hicab qadağası və Hacı Taleh Bağırovun tutulmasına etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmaq istədiklərini bildirdilər.
Məni iki gecə saxladılar. Dindirilmə zamanı olduğu kimi ifadə verdim. Mənə təzyiq edib istəyirdilər deyim ki, guya Hacı Taleh Bağırov onlara deyib məni tutsalar, ajiotaj salarsız. Səhhətimin və psixoloji durumumun pis olmasından təzyiqlərə dözə bilmədim. Onlar məndən istədikləri ifadəni aldılar”.
Kamran Seyidov altı aydır əzab çəkdiyini vurğulayaraq dindarlardan üzr istəyib: “Allah bütün qardaşları bu zalımların şərindən qorusun. Bütün bunlara etiraz olaraq mən sizi tərk edirəm. Xahiş edirəm məni qınamayın”.


Şərhlər