“Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizə polisinə qarşı törədilmiş cinayətə bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə hər hansı formada qiymət verilməsi cəhdlərinə baxmayaraq, bu, ağır cinayətdir. Buna adekvat hüquqi qiymət veriləcək”.
Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Ə. Hüseynli qeyd edib ki, bu cinayətə şəxsi ədavət zəminində, dini baxışlar fonunda və ya məmur-vətəndaş münasibətləri çərçivəsində yanaşmağa çalışaraq ictimai fikri çaşdırmaq yolverilməzdir: “Azərbaycan hüquqi dövlətdir və bu cür hallar hüquq çərçivəsində həll olunmalıdır”.
Komitə sədri deyib ki, E. Vəliyev bundan əvvəl Yevlax rayonunda İH başçısı işləyərkən də əhali ilə təmasda diqqətli olub: “Yevlaxdan seçilən bir deputat kimi deyə bilərəm ki, o vaxt onun fəaliyyətini yerli camaat təqdir edirdi. Həmişə əhalinin həssas olduğu dəyərlər və insanların sosial şəraiti onun diqqətində olub. Fəaliyyəti zamanı tabeliyində olan və işinin öhdəsindən gələ bilməyən yerli məmurlara iradlar bildirirdi. Sadə insanların, ümumiyyətlə, vətəndaşların hüquqlarının qorunmasında daim həssaslıq nümayiş etdirirdi. O, cənab prezidentin dediyi kimi, əhalinin xidmətçisi olub. Bunu Yevlaxda çoxları təsdiq edər”.


Şərhlər
men de bir AZERCAYCAN vetendasi kimi zorakiliqi pisleyirem.Amma ELMAR veliyev xalqdan coxdan aralanmisdi burda menem baqdadda kor xelife prinsipi ile isleyirdi.CEnab PREZIDENTIN sayesinde gorulen isleri onun adina yaqmaq lazim deyil
1 -ci sual: Niyə Gəncədəki fəaliyyətindən danışmırsan???
2-ci sual: Azərbaycan hüquqi dövlətdir?
CANGUDEN MUHAFIZE POLISI OLDU...AZERBAYCAN BAWDAN AYAQA ...EWDER OL CANESAS INKIWAFDU.K..ELEYIN..
Hörmətli Əli müəllim,hüquqi dövlətdə məmur da xalqın hüququna hörmətlə yanaşmalıdır.Siz deputatsınız,gərək, məsələyə bir tərəfli yanaşmayasınız.Bəllidir ki,Sizi danışdıranlar,xalqın münasibətini dəyişdirmək üçün çalışanlar var.Amma haqsızlıq sərhədləri aşanda onu törədənləri gəlişi gözəl sözlər və əsası olmayan təriflərlə qorumaq olmur..
Mən bu məqaləni oxüyanda 4 şərh var idi Mən deputat müəllifə yox o 4 şərhə inanıram.Cox maraqlıdır niyə vəzifəli ya deputat qaraya ağ deməyi xalqın dediyinin tərsinə deməyi (Özü bilə bilə)məğbul sayır niyə bildiklərini deməyə qorxurlar?