Böyük Britaniyada nəşr olunan “The Financial times” qəzeti “Kreml Makiavellisi Rusiyanı fəlakətə sürükləyib” adlı məqalə dərc edib. Müəllifi Gideon Raxman olan məqalədə Rusiya prezidenti Vladimir Putinin dünya və ilk növbədə Rusiyanın özü üçün yaratdığı təhlükələrdən söz açılır. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir:

İki ay bundan öncə Putini “dahi strateq” adlandırmaq dəbə minmişdi. Amerikan sağçıları Putinin özünə inamını prezident Obamanın yumşaqlığı ilə müqayisə edirlər. Çarlz Krauthamer “Obama Putinə qarşı – qeyri bərabərlik” başlıqlı məqaləsində iddia edir ki, indiki prezident ilə Rusiya Amerikanı üstələyir. Nyu-York şəhərinin keçmış meri Rudi Culianı Putini qətiyyətinə görə ”Lider bu cür olmalıdır” sözləri ilə tərifləyir. ”Birləşmiş Krallığın müstəqilliyi partiyasının” rəhbəri Naycel Faraj isə Vladimir Putini “yenı dünya lideri” adlandırır.

“Malayziya hava yollarına” aid “MH17” nömrəli reysin faciəyə düçar olmasından sonra bu şəkildəki bütün təzim etmələr nə qədər də yersiz görünür. Ukraynadakı üsyançıların açıq şəkildə Rusiya tərəfindən zenit raketləri ilə təchiz edilməsi, sadəcə olaraq mənəviyyatsızlıqdır və belə hərəkətlər Putinin dahi bir strateq oduğu barəsindəki fikirləri alt-üst edir. Bu insan özünü düşüncəsiz və oyun oynamaq həvəsi ilə alışıb yanan adam kimi göstərib. Onun paranoyalı miskin siyasəti Rusiya iqtisadiyyatını və siyasətini təcridə doğru aparır.

Kremlin mini-Makiavellisi güman edir ki, Ukraynanın şərqindəki stabilliyi pozaraq Rusiyanın separatçılarla əlaqəsinə aid faktları inkar edə bilər. Ancaq kuklaoynadan bütün ipləri əlində saxlaya bilməyib. Heç bir günahı olmayan 300 nəfərin ölümündən sonra bu faciədə Rusiyanın iştirakı gün işığı kimi parladı. Yalnız Putini tərifləyərək onu göyə qaldıranlar bu hadisədə Rusiyanın günahı olmadığını iddia edə bilərlər.

Hazırda Rusiya hakimiyyətinin qarşısında çox çətin bir seçım dayanıb. Əgər Rusiya tərəfi “MH 17”-nin məhvi ilə bağlı aparılan beynəlxalq təhqiqat qrupuyla əməkdaşlıq etmək istəsə, nəticələr heç də onlar üçün xoşagələn olmayacaq. Yox, əgər ruslar bu təhqiqata mane olmağa başlasalar və ya Ukraynaya qoşun yeritməyə qərar versələr, daha qəzəbli və sərt beynəlxaəq reaksiya ilə üzləşəcəklər. Hələ keçən həftə təyyarə faciəsindən əvvəl ABŞ sərt sanksiyaların tətbiqi haqqında bəyanat vermışdı. İndi yəqin ki, Avropa Birliyi də öz mövqeyini bu cür sərtləşdirəcək və beləliklə də bir neçə iri Rusiya şirkəti Qərbin kapital bazarını itirmiş olacaq.

Bunlardan əlavə Rusiyanın başı üzərindən siyasi izolyasiya da asılıb. Onu artıq aparıcı səkkiz sənaye ölkələri qrupundan çıxarıb atıblar. Təyyarə faciəsində bir neçə vətəndaşını itirən Avstraliyalılar bu ilin noyabr ayında Brisben şəhərində (Avstraliya) keçirilməsi nəzərdə tutulan “İyirmiliyin” sammitində Rusiya prezidenti Putini görmək istəmirlər. Yəqin ki, tezliklə 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempiotı məsələsinə də baxılacaq.

Putinin səhvləri təkcə üsyankar separatçıların yaxınlıqdan keçən sivil təyyarəni vurmaları ilə məhdudlaşmır. Məsələ ondadır ki, Rusiyanın iştirakıyla törədilən bu cür kobud və məsuliyyətsiz hərəkətlərin arxasında ən azından dörd böyük siyası səhv dayanır.

Birincisi, Rusiyada Ukraynanın Avropa Birliyi ilə ticarət müqaviləsi imzalamaq arzusuna həddən ziyadə güclü raksiya verildi. Bütün var cücü ilə Brüsselin Ukraynanı ələ keçirmək istəməsi fikrinin irəliyə atılması sadəcə paranoyaya bənzəyir. Əsl həqiqətdə isə Avropa Birliyi on ildir ki, Ukraynanın öz tərkibinə daxil olunmasına heç bir həvəs göstərmədiyini əyani şəkildə nümayış etdirir. Moskvanın Rusiya üçün böyük təhlükə adlandırdığı NATO–ya üzvlük isə çox uzaq gələcəyin söhbətidir. NATO-nun 2008-ci ildəki sammitində bu alyans Ukraynanın üzv olmaq üçün hazırlıq keçməsi məsələsinə imtina ilə yanaşdı. O dövrdən indiyədək də NATO öz mövqeyini qətiyyən dəyişməyib.

Putinin ikinci səhv hesablaması isə Rusiyanın Ukraynadakı iğtişaşları provakasiya etməsi və eyni zamanda da israrla baş verənlərlə heç bir əlaqəsi olmadığını bildirməsi idi. Belə hərəkət çox hiyləgər və miskin bir gedişdir və Krımın ilhaq olunmasından sonra bütün dünya sanki qəfildən yaxalanmış vəziyyətə düşmüşdü. Ancaq Moskvanın Ukraynanın şərqində həyata keçirmək istəqiyi fırıldaqlar gözlədikləri kimi nəticə vermədi və indi Rusiyanın oradakı iştirakını gizlətmək artıq xeyli çətinləşıb. Məhz bütün bunlar “MH17” reysinin faciəsinə gətirib çıxardı və nəticədə də Rusiya yarana biləcək vəziyyətin ən pisi ilə qarşılaşdı. Rusiya hadisələrin gedişınə tam nəzərət etməsə də, yenə də bu işlərdə onu günahkar bilirlər. Bu isə düzgün yanaşmadır. Ona görə ki, əgər hətta raketin buraxılması əmri Moskvadan verilməyibsə də, əsl həqiqətdə bu şəraitin və faciənin yaradıcısı bəllidir ki, Rusiyadır.

Putinin özünü saldığı üçüncü tələ daha qabarıq və kobud millətçilik təbliğatı vasitəsi ilə Rusiya ictimai fikrinin manipulyasiya olunmasıdır. Bu üsul müəyyən effekt yaradıb və prezidentin populyarlığı yüksəlib. Lakin artıq indi onun bu məsələdə geriyə qayıtması xeyli müşkülə dönüb. Əgər Putin tam və birmənalı şəkildə separatçıları müdafiə etməkdən əl çəkərsə, onda onun ünvanına hər tərəfdən Ukraynadakı rusdilli əhalinin “faşistlərdən” qorumadığı barəsində ittihamlar yağdırılacaq.

Putinin dördüncü yanlış addımı ondan ibarətdir ki, o, Qərbdən gələ biləcək reaksiyanı hesablaya bilmir. Bəlkə də ola bilər ki, Putini öz ətrafındakı yaltaqlar və onu böyük strateq adlandıran xarıcdəki qab yalayanlar Qərbin zəif və rəzil gündə olduğu fikrinə inandırıblar.

Qərbin hərdən çox ləng reaksiya verməsinə baxmayaraq, onlar demək olar ki, real sanksiyalar tərbiq ediblər və yəqin ki, bunu yenə də davam etdirəcəklər. Elə buna görə də Rusiya biznesinin liderləri belə bir vəziyyətin yaranmasından dəhşətə gəlirlər. Ancaq onlar hələki gücsüzdürlər.

Qərblə lüzumsuz yerə destruktiv konfrantasiyaya girməklə Putin başqa bir problemlə də qarşılaşır. Halbuki, bu problem olmaya da bilərdi. NATO barəsində Moskvanın təlaş keçirməsinə baxmayaraq, Rusiya üçün əsas strateji problem Çinin güclənməsidir. Amma Qərblə münaqişəyə girişən Putin, Pekinin qapısında xahiş edən səviyyəsinə düşüb. Bunu Çin ilə qətiyyən bərabər olmayan şərtlər daxilində bağlanmış enerji müqaviləsi də sübut edir.

Sözəbaxan və müti Rusiya kütləvi informasiya vasitələrinin başlıca işi Putinin səhv mülahizələrinə və yanlışlıqlarına bəzək-düzək vurmaqla, ona yaraşıq verməkdən və bütün “düşmən dünyaya” qarşı sinə gərən Rusiya prezidentini qəhrəman səviyyəsində təqdim etməkdən ibarətdir. İctimai rəyi öyrənənlərin keçirdikləri sorğu bu kampaniyanın hələlik yaxşı nəticə verdiyini deyirlər.

Hadisələrin gedişinin qorxulu tərəfi ondan ibarətdir ki, Putin öz daimi uğursuzluqlarını maskalamaqdan ötrü böhran və qorxu atmosferini daha da körükləyəcək. Bu cür siyasət bütün dünya və ilk növbədə isə Rusiyanın özü üçün təhlükəlidir.

Tərcümə etdi: Vaqif Nəsibov