«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ lideri Donald Tramp Şimali Koreyaya «parlaq gələcək» vəd edib - tam denuklearizasiya şərti ilə.
«Prezident Tramp Şimali Koreyaya parlaq gələcək vəd edib. Bunun üçün tam denuklearizasiya istiqamətində lazımi işlərinin aparılmalması qaçılmazdır» - deyə, Pompeo danışıqların ikinci raundundan əvvəl Pxenyanda Koreya Xalq Demokratik Respublikası (KXDR) Əmək papiyasının sədr müavini Kim Yon Çxolla görüşü zamanı bildirib.
Şənbə günü Pompeo ilə KXDR-nın yüksək məqamlı məmurları arasında denuklearizasiya və ikitərəfli münasibətlərin normallaşması məsələləri üzrə danışıqların ikinci raundu keçirilir.
Cümə günü keçirilmiş birinci raund 3 saat davam edib. Raund başa çatandan sonra, ABŞ dövlət katibi «Tvitter»ində yazıb ki, öz komandasının işi ilə fəxr edir. Amma danışıqların təfərrüatı barədə heç nə deməyib. Gözlənildiyi kimi, şənbə günü onun KXDR lideri Kim Çen Inla da görüşü ola bilər.
Bunan da əvvəl, şənbə günü xəbər verilib ki, ABŞ və Şimali Koreya işçi qruplarının yaradılması barədə razılığa gəlib. Onlar Koreya yarımadasında denuklearizasiyanın gedişinə və 1950-ci ildə Koreya müharibəsində həlak olmuş amerikalıların nəşinin vətənə qaytarılmasına nəzarət edəcəklər.
Şənbə günü axşam Pompeo Tokioya qayıdacaq və Yaponiyanın Baş naziri Sindzo Abe, bu ölkənin xarici işlər naziri Taro Kono və Cənubi Koreyanın xarici işlər nazirt Kan Qon Xva ilə görüşəcək.


Şərhlər