Menu

DÇ-2018: Xorvatiya Rusiyanı məğlub edərək yarımfinala çıxıb

08.07.2018, 00:54
DÇ-2018: Xorvatiya Rusiyanı məğlub edərək yarımfinala çıxıb

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, ev sahibi Rusiya ilə Xorvatiya yığması ilə qarşılaşıb.

Soçidə "Fişt" stadionunda baş tutan qarşıdurmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından oyun əlavə vaxtda davam edib. Lakin əlavə vaxt da 2:2 hesablı bərabərliklə yekunlaşdığından qalibi penaltilər seriyası ilə müəyyən etmək lazım gəlib.

Pelnaltilər seriyasında Xorvatiya yığması rəqibini məğlub edərək yarımfinala çıxıb.

Şərhlər

omer 2018-07-08 00:54:41

Heyf.ruslar cox yaxsi oynadi amma uduzdu..bunun neticesini arasdirmaqdansa ,rehberlik meglubiyyeti qelebe kimi xalqa siramaga caliwir..cox heyf..daha azarkewlik etmeye komanda yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol