Menu

“Təcili yardım” maşını qəzaya düşüb - Həkim, tibb bacısı və turist xəsarət alıb

10.07.2018, 16:09
“Təcili yardım” maşını qəzaya düşüb - Həkim, tibb bacısı və turist xəsarət alıb

Bakıda “Təcili yardım” maşını qəzaya düşüb.

“Report”un xəbərinə görə, Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı “Təcili yardım” maşını ilə “Daewoo” markalı avtomobil toqquşub. Nəticədə “Təcili yardım” maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin “Daewoo”nun sərnişini BƏƏ vətəndaşı 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol