Menu

Sayt rəhbərinə hökm oxundu

11.07.2018, 12:20
Sayt rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində, dələduzluqda təqsirləndirilən Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Elnur Vaqifoğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Elnur Vaqifoğlu öz qohumu olan Orxan Məhrəliyevə qarşı dələduzluq edib. O qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib.

Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib.

O, indiyə kimi iki dəfə məhkumluq həyatı yaşayıb.

E. Vaqifoğlu bir neçə saytın rəhbəri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol