Menu

İsrail Suriyanın hərbi obyektdərnə hücum edib! - Guya, cavab zərbəsidir...

12.07.2018, 12:31
İsrail Suriyanın hərbi obyektdərnə hücum edib! - Guya, cavab zərbəsidir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ötən gecə İsrail hərbi-hava qüvvələrinin (HHQ) təyyarələri Suriyanın hərbi obyektlərinə raket zərbələri endirib. Bu brədə «SANA» agentliyi xəbər verib.

Bildirilir ki, insident Kunetra əyalətinin sərhəd rayonları Hadər və Təl-Qrum Cəbba yaşayış məntəqələrində baş verib. Bu zaman, Suriyanın hava hücumundan müdafiə sistemi zərbələrin qarşısını alıb.

İsrail hərbçiləri isə öz növbəsində, bəyan ediblər ki, pilotsuz uçu aparatın (PUA) İsrail ərazisinə soxulmasının qarşılığında, Suriya ordusunun 3 məntəqəsinə hava zərbələri endirilib. PUA İsrailin hava məkanında vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol