Menu

"Astana" "Qarabağ"ın sabiq futbolçusunu heyətinə qatıb

13.07.2018, 20:13
"Astana" "Qarabağ"ın sabiq futbolçusunu heyətinə qatıb

"Qarabağ" klubunun sabiq futbolçusu Pedro Enrike karyerasını Qazaxıstanda davam etdirəcək.

"Report" metrosport.gr nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Astana" klubunda çıxış edəcək. Müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan Enrike icarə əsasında Astana təmsilçisinin şərəfini qoruyacaq.

"Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi komandada Azərbaycan millisinin üzvü Riçard Almeyda da çıxış edir.

Qeyd edək ki, Pedro Enrike 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol