Menu

Azərbaycanda adambaşına düşən ÜDM-in dəyəri 3 800 manata yaxındır - 2200 dollar

14.07.2018, 11:24
Azərbaycanda adambaşına düşən ÜDM-in dəyəri 3 800 manata yaxındır - 2200 dollar

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 37 009,1 milyon manatlıq və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2%, neft sektorunda isə 0,1% artıb.

Əlavə dəyərin 47,3%-i sənaye, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6%-i tikinti, 6,3%-i nəqliyyat və anbar təsərrüfatı, 5,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə, 13,2%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 777,6 manata bərabər olub.

Şərhlər

FakтoSтaт 2018-07-14 11:24:10

... AzPoliтikanın iqтisadi məlumaтları vacibdir. Ancaq, 6 aуın уekununa 2 sтaтisтik xəbərləri necə uzlaşır? Adambaşına 3777 manaтlıq məhsuldan(ÜDM) elə adambaşına 2422,9 manaт da gəlir necə qalır və əhaliуə hesablanır? Sadə aуdınlıq üçün xəbərçi ilə iqтisadiууaт müтəxəssisinin birgə məlumaтı daha dolgun olardı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol