Menu

"Kim Çen In çox şən adamdır" - Donald Tramp

15.07.2018, 10:33
"Kim Çen In çox şən adamdır" - Donald Tramp

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dahi şəxsiyyət” adlandırıb. "RİA Novosti”nin verdiyi xəbərə görə, D.Tramp bunu Britaniyanın "Daily Mail” nəşrinə müsahibəsində deyib.

"Mən onunla çox yaxşı yola gedirəm. O çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən adamdır və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır”, - deyə Tramp qeyd edib.

"Son 9 ay ərzində Şimali Koreyada nə ballistik, nə də nüvə sınaqları keçirilib”, - deyə D.Tramp əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol