Menu

Azərbaycanda iki qadın insan alverinə görə axtarışa verildi

15.07.2018, 22:18
Azərbaycanda iki qadın insan alverinə görə axtarışa verildi

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi 2 qadını axtarışa verib.

Qafqazinfo xəbər verir ki, Gəncə sakini, 26 yaşlı Hüseynova Günel Bəylər qızı və Sumqayıt sakini, 32 yaşlı Seyfullayeva Günay Rasim qızı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə şübhəli bilinərək barələrində axtarış elan edilib.

Hazırda həmcinslərini cinsi istismara cəlb edən bu şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol