Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.
Nazirlikdən verilən məlumata görə, yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.
Xatırladaq ki, ötən gün Yasamal rayonu, Şərifzadə küçəsi, 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.


Şərhlər
Bakının bir çox ərazilərində ağaclar qırılır.Misal olaraq."Yeganə" şadlıq sarayı yaxınlığında 25-30 ədəd 35-40 illik ağaclar gecələr ekskavatorla yerli-dibli yox oldu.Guya bundn nə Bakl, nə Binəqədi, nə də digər qurumların xəbəri olmadı.İndi həmin sahə əhatəyə alınıb.Ağaclar tamamilə yox edilib.Kİməsə qərar verilib ki, yaşıllığı məhv etsin.Belə hallar cərimə ilə yekunlaşmamalı,ciddi soruşdurma aparılmal və qərar verənlər də cəzalandırlmalıdırlar.