İÇİ YARA MƏMURLARIM...

Mirzə AĞ

Dünən eşitdik ki, Kür suyu içib də ərsəyə gəlmiş nankor erməni, «üzdəniraq DQR-in üzdəniraq müdafiə naziri» Mingəçevir su anbarını partladıb, Azərbaycana prolemlər yaratmaq barədə düşünür - bunula Azərbaycanı qorxutmağa çalışır və s.

Bu gün də eşitdik ki, sən demə, kosmopolit bir zümrə ilin-günün bu vaxtında (rayonlarımızın bir-birinin ardınca işğalının ildönümü günlərində!) Azərbaycanın paytaxtı Bakı şəhərində «Jara-2018», yəni ki, «İsti-2018» adı altında bir musiqi festivalı keçirmək qərarına gəlib...

Verilən xəbərə görə, festivalın əsas təşkilatçıları rusiyalı müğənni Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Təkcə birincinin adını eşidərkən, əsim-əsim əsməyə başlayan bəzi səbatsız məmurlarımız «bə-çeşm» deyib,  onun hüzurunda sıraya düzülürlər. Yəni, bu «şəbih»ə etiraz eləyən nə rəsmi bir dövlət (hökumət) qurumu olur, nə də ki, bir məmur var!

Amma Azərbaycan xalqı var və kosmopolit dəstə bu ünvanla hesablaşmağa borcludur. Belə ki, festivalın təşkilatçıları bütöv Azərbaycan xalqı adından çıxış edə və qərar verə bilməzlər!!! Bu məsələdə rəsmi qurumların və məsul şəxslərin susması, ölkədə yaxşı qarşılanmır, insanlarda narazılıq yaradır...

Belə ki, bu susqunluq Azərbaycan xalqının iradəsinin zorlanmasına bir dəstək kimi başa düşülər, dövlətə xəyanət kimi şərh olunar...

Mən hesab etmirəm ki, festivalın təşkilatçıları bunları görməzliyə vura və xalqımızı dünyada rüsvay etməyi özünə rəva bilərlər. Bu gün Azərbaycan xalqının iradəsi belə ifadə olunmalıdır: Nə qədər ki, Qarabağ torpaqları mənfur ermənilərin işğalı altındadır, nə qədər ki, erməni dığaları bizə güllə atırlar və cavanlarımız cəbhə bölgələrində həlak olur... ən azı, erməni harsını Bakıya gələ və burada oxuya BİLMƏZ!

Dövlət qurumları, məmurlar zəhmət çəkib, bu barədə düşünməli və hərəkətə keçməlidirlər!

Bu düşüncələrlə, divana uzandım və tez də yuxu məni apardı. Yuxuma kim gəlsə yaxşıdır? Rəhmətlik Üzeyir bəy - əlində də bir parça not vərəqi! Yeni bəstələdiyi mahnının notları... Böyük sənətkar mahnını səsləndirməyi xahiq etdi. Söz verdim və sözümə əməl edirəm. Mahnı məlum «Cücələrim» uşaq mahnısı «lad»ında bəstələnib, adı da «İçi yara məmurlarım»dır. Di qulaq verin:

Cip-cip məmurlarım,

Tükü-ipək məmurlarım,

Qaşı qara məmurlarım,

İçi yara məmurlarım.

Ət verərəm, süd verərəm,

Yağ verərəm, şor verərəm,

Bal verərəm-«yal verərəm»,

Bircə kərə «yox» desəniz,

Üstündə də pul verərəm!

Cip-cip məmurlarım,

Mənim yazıq məmurlarım...

Bu da mənim adımdan - Məşədi İbadın sözü olmasın:

«Budur, deyirəm: Qızı mənə,

qızı mənə, verməsəz hərgah...

Eylərəm bədnam...».

Sözümün canı budur ki, əgər sabaha planlaşdırılmış «kef məclisi»ndə Zara adlı harsın oxuyacaqsa, o zaman boynuma kəfən taxıb, diyarbədiryar dolaşıb, göz yaşı tökəcəm, erməninin bura gəməsinə şərait yaradan satqın məmurlara lənətlər yağdıracam, həmdərdlilərimi bu festivala etiraz etməyə çağıracam!!!

635x100

Şərhlər

Экс coban 2018-07-25 17:24:19

Hormetli Mirze muellim AG bey,axi dediyiniz by Emin Agalarov Azerbaycanin XALQ artistidir.

EWDER 2018-07-25 17:24:19

BU JARA SIZ BIR GUNUMUZDE OLMASIN....MOLODES .KEYF ELEYIN ,AY MILLAT.QARABAQ BIZIMDI,LAZIM GELSE,EREVANIELE VURACAQIQ 100 IL ORADA HEC KIM YAWAMAYACAQ,YENI CEHEHHEM OLACAQ.INDIDEN MEWQ ELEYIRIK.HAMI BILIR KI, BIZ UZAQ GOREN XALQIQ,EWDER OL CANI

Oqtay 2018-07-25 17:24:19

Zaranın yerlisi Filip Bedrosoviç də gəlməsın o hətda Qarbağda da olub Xarici İşlər Nazirliyi ona icazə verib gəlməyə. XİN kimdən soruşub Millət vuruşur bunlar icazə verir ermənidə bizə güllə atır.Bir gecəlik XİN göndərəsən təmas xəttinə şalvarlarını batırarlar

G.M 2018-07-25 17:24:19

Məmur adını almaq üşün,kresloda fırlanmaq ,rüşvət-karrupsiya girdabında girlənən mənəviyatsızlıqdan əziyyət çəkən zümrədən Vətən sevgisi ummaq sadəlöhvlükdən savayı bir şey deyil......Güman tək Allaha qalıb.

miri 2018-07-25 17:24:19

Mirzə müəllim, bu xəbər cıxandan damarında azda olsa azəri türkü qanı axan və əli qələm tutan (indi azad yazı ancaq sosial mediadadır!) hər kəs bu xəbərə bir cür etiraz edir. Sizində bir ziyalı kimi etirazınız cox haqlıdır.Amma hər kəsin bildiyi həqiqəti biz ziyalıların basqa ünvana yönəltməsi yaxşı hal deyil. .....

Son yazılar