Menu

10 tona yaxın narkotik məhv edildi

26.07.2018, 10:16
10 tona yaxın narkotik məhv edildi

Şəki və Qaxda 10 tona yaxın çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki ŞRPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər nəticəsində rayon sakininə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 9073 kiloqram olan 37032 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək məhv edilib.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində ümumi çəkisi 832 kiloqrama yaxın 2188 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol