Menu

Borçalı bölgəsinin qubernatoru işdən çıxarılıb

26.07.2018, 15:51
Borçalı bölgəsinin qubernatoru işdən çıxarılıb

Gürcüstanın Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Qriqol Nemsadze işdən çıxarılıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze sərəncam imzalayıb.

Hökumət başçısı ölkənin daha 4 bölgəsinin - Şida Kartli, Samtsex-Cavaxetiya, Sameqrelo-Zemo Svaneti və Mtsxeta-Mtianetinin qubernatorlarını da tutduqları vəzifədən azad edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol