ELMİRA AXUNDOVA YAYILAN SƏS YAZISINDAN DANIŞDI - "Müdafiə naziri ilə dostluq əlaqələrim vardı..." + VİDEO

Deputat: "O mənə bata bilməz..."

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi” xahiş edir.

Bundan başqa, Elmira Axundova öz həmsöhbətini inandırır ki, borcu hissə-hissə, yəni 5 min-5 min qaytarıb xırdaçılıq etmək istəmir, çalışır ki, onu birdəfəyə bağlasın. Deputat söz verir ki, tezliklə onlar oğlu ilə birlikdə torpaq sahələrini satacaq və hansısa Mehmandan pul alacaqlar.

Elmira Axundova günahkarcasına özünə bəraət qazandırır ki, onun işləri pis gedir və yeni müdafiə nazirinin təyinatından sonra (görünür, audioyazı köhnədir – red.) o, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Əvvəl o bu pulu hansısa Cabir vasitəsilə alırmış…

Elmira Axundova yayılmış səs yazısı ilə bağlı REAL-a müsahibə verib. O, Fərman Məmmədovu cinayət törətməkdə günahlandırıb.

635x100

Şərhlər

İRADƏ 2018-07-30 15:19:00

Bu deputat xanım.....,danışmasın.Danışdıqca Xalqda qıcıq yaradır.Hamını qanmaz yerinə qoyur. Oğulunun həyat tərzi,əslində onların ailə yaşamının etiketidir.

Fred 2018-07-30 15:19:00

............

R-n 2018-07-30 15:19:00

...Butun materiallaru KIV hazirlayib.Bele adam nece deputat mandati gezdirir?......Belesi dahi bir insanin hagginda ne yaza biler?....Deyib Fermani bu yolla gorxudar.MN-den niye sorushmurlar ki,o adam kimdir?

Oqtay 2018-07-30 15:19:00

Necə olur cavanlardan birisi avtomobili 120 sürən kimi tapib 30 sutka iş verirlər bu həngaməyə isə kor və kar olurlar.

G.M 2018-07-30 15:19:00

Bunlar hələ də cinayətin nə olmasını anlamırlar..Ya da arxayındılar ki,``sular durulmayacaq``.istədikləri kimi fırladacaqlar.Elə danışır ki,elə bil ki,Rəsədxanada işləyir.

EWDER 2018-07-30 15:19:00

MOLODES,XALQ YAZICUMUZDU,MOLODES...ONUN BIR ESERINIDE TANIMIRAM .KIM TANIYIR.OQLUDA YEQIN DOYUW BOLQESINDE,USTUACIQ KENDE XIDMET EDIB.UZ QOZUNDEN BOYEVIKDI,EWDER OL CANI,MAMANIN ASLAN BALASI...

Son yazılar