Menu

Bu il Azərbaycandan Həccə gedən zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir

30.07.2018, 16:43
Bu il Azərbaycandan Həccə gedən zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, artıq sənədlərin qəbulu başa çatıb. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir. Həccə gedənlər avqustun 11-dən 15-ə qədər yola düşəcəklər, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

Şərhlər

t.ədalət 2018-07-30 16:43:16

Tək Həcc ziyarət ilə günahlar yuyulmur. Ancaq,ehsanlar və sadağalar,kasıblara,təhsil haqqını ödəyə blməyənlərə yardım günahları yuya bilər......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol