Menu

Fransa məktəblərində mobil telefon qadağan edildi

31.07.2018, 20:17
Fransa məktəblərində mobil telefon qadağan edildi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa parlamenti ümumtəhsil məktəblərinin aşağı və orta siniflərində mobil telefondan istifadəni qadağan edib.

Bu məsələ, Prezident Emmanuel Makronun seçkiqabağı vədlərindən biri idi. Qadağa tərəfdarları əmindirlər ki, bu, təhsil prosesinə müsbət təsir göstərəcək, məktəblilərin diqqətini fənlərə cəmləyəcək və bilik əldə etmək üçün əlverişli atmosfer yaradacaq.

Yeni qaydalar təkcə şagirdlərə deyil, həm də pedaoqlara aid edələcək və növbəti dərs ilindən qüvvəyə minəcək.

Qadağanın əleyhdarları isə bu qərarı mənasız hesab edirlər.

Şərhlər

Oqtay 2018-07-31 20:17:33

Qadağadırsa sabahdan bizimkilər bunu tətbiq edəcəklər ancaq bütün dünya məktəbdə isti müftə yemək verir bunu gürmürlər kordurlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol