Menu

İsrail Əsədin hakimiyyətdə qalmasını dəstəkləyib

04.08.2018, 08:29
İsrail Əsədin hakimiyyətdə qalmasını dəstəkləyib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin müdafiə naziri Aviqdor Liberman Suriyada fəaliyyətdə olan rejimin hakimiyyətdə qalmasını dəstəkləyib. Onun fikrincə, bu ölkədə vəziyyət sabitləşir və Bəşər Əsədin başçılıq etdiyi hökuməti devirməyə ehtiyac yoxdur.

«Bizim nəzərimizcə, bu ölkədə vəziyyət vətəndaş müharibəsi öncəsi halına qayıdır. Bu, onu göstərir ki, kimə müraciət etmək, kimə iddia qaldırmaq imkanı var və mərkəzləşmiş hakimiyyət var» - deyə, Liberman izah edib («Röyter»).

Nazir həm də hesab edir ki, Suriyada stabil hakimiyyət Qolan yüksəkliklərində atəşlərin miqdarını və digər insidentlərin sayını azaltmağa imkan verir.

Bundan əvvəl, xəbər verilmişdi ki, «Azad Suriya Ordusu»nun döyüşçüləri «İslam dövləti» qruplaşmasına qarşı mübarizə aparmaq üçün Dara əyalətində Bəşər Əsəd ordusuna birləşiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol