Menu

İsrail əsgərlərinin ölüm səhnəsi - VİDEO

30.07.2014, 09:33
İsrail əsgərlərinin ölüm səhnəsi - VİDEO

Əl-Qəssam İsrail ordusunun 10 əsgərini öldürdüyü görüntüləri yayımlayıb

İnterpress.az xəbər verir ki, "HƏMAS"ın Əl-Qəssam briqadası İsrailin hərbi qərargahına gizlincə daxil olaraq 10 əsgəri öldürdüyü görüntüləri yayımlayıb.

Ramazan bayramının ilk günü İsrail əsgərlərinin hərbi formasını geyinən Əl-Qəssam briqadasının 9 əsgəri yeraltı tunellərdən istifadə edərək İsrailin hərbi qərargahına daxil olub.

Briqada komandiri Məhəmməd Dayf əməliyyatla bağlı bunları deyib: "Düşmən uşaqları, qadınları və dinc əhalini öldürdü. Qəzzanı bombaladı. Artıq hər şey dəyişdi. Onu bilin ki, siz ölüm aşiqləri ilə döyüşürsünüz".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol