«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis ABŞ silahlı qüvvələrinin tərkibində kosmik qüvvələrin operativ komandanlığının yaradılması ideyasını dəstəkləyib.
«Biz, kosmosa inkişaf edən hərbi fəaliyyət teatrı kimi baxmalıyıq. Operativ komandanlığın yaradılması, əlbəttə ki, variantlardan biridir» - deyə, «ABC News» Pentaqonun başçısından sitat gətirir.
Cari ilin iyul ayında Tramp kosmosdakı ABŞ infrastrukturunun təhlükəsizliyi ilə bağlı ayrıca ordu növünün - Hərbi-kosmik qüvvələrin yaradılması barədə tapşırıq verib.
Mettisin sözlərinə görə, Pentaqon bu təşəbbüsü tamlıqla dəstəkləyir və ideyanın reallaşdırılması üzərində işləyir. Pentaqonun başçısı qeyd edib ki, kosmos - «yer, hava və dəniz döyüş meydanı kimi, bir döyüş meydanıdır».
Bundan vvəl, ABŞ kosmik obyektlərinin zəif tərəfləri barədə NASA direktoru Cim Braydenstayn fikir söyləyib. Onun sözlərinə görə, GPS-siqnalının itirilməsi ABŞ-ı «həyat fəaliyyətinin dayanması» ilə hədələyir».
Hazırda ABŞ Silahlı qüvvələrinin strukturunda 6 coğrafi (Afrika, Avropa, Sakit Okean, Şimal, Cənub, Mərkəzi) və 4 funksional (Strateji, Nəqliyyat, Kiberkomandanlıq və Xüsusi əməliyyatlar komandanlığı) komandanlıqları fəaliyyət göstərir.


Şərhlər