İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.
Bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev deyib.
Onun sözlərinə görə, artıq həmin əraziyə ciddi nəzarət olunur: "Girk kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir. Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə dezinfeksiya işləri aparılıb".
B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz: "Bu vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".


Şərhlər
Belə çıxır ki,yırtıcı yumşaq yelini qoyub bir-bir əmcəkləri qoparıb..
Həmin kənddə qohumlarım yaşayır. Yay vaxtı olduğuna görə çox inəklər tövlədə yox, elə küçələrdə, su kənarlarında yatırlar. Kənd camaatı inəklərin məmələrinin daha çox kəsilənə oxşadığını deyir. Çünki heyvanların süd vəzilərində heç bir digər zədə (çırmaq, qapma izi və s) yoxdur və səliqəli bir şəkildə dibindən yoxa çıxıb. Əgər belə bir xəstəlik növü yoxdursa, onu kimlərsə bilərəkdən kəsir.
Son günlər gecə vaxtı müəmmalı şəkildə həyətlərə və evlərin üstünə daş da atılır. Bunu da yəqin ki çaqqallar eləyir.