“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib.
O, “Report”a açıqmasında bunları deyib: “Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansı siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?
Buna görə də, dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.

Şərhlər
Zakir mlm deyirsə yoxdu deməli yoxdu.1)əhalıdə pul qalmayıb ki,dollar almağa.2)Pul əhalı torpağa qoyur indi.
BUNA DEYIRLER SURRETLII INKIWAF.MOLODES YAP a....TAPA
Olkeden gizli şekilde qonsu xarici olkelere dollar axini var, çünki qonşu ölkelerin hamısında(İran, Rusiya, Türkiye, Gürcüstan) dollar bahalaşıb Bizde ise eksine dollar sabit qalıb. Belece VİP memurlar banklarda olan dollarlari xarice çıxarıb əvəzində olkeye mal, erzaq, avtomobil alıb dasiyirlar
Tamamile raziyam! Men hetta tessevur bele ede bilmirem ki, azerbaycan muelliminde hekiminde ve umumiyyetle butun dovlet iwinde iwleyenlerde, nece deyerler ayin axirinda "tabele" qol cekib maaw alan insanlarda bu qeder artiq manat qalsin ki, hele gedib dollar da alib yigsinlar. Her ay az qala 100 milyonlarin satildigi elan olunur. Cox maraqlidir bu milyonlari goresen kimler alir? Dogrudanmi bu milyonlar yalniz ve yalniz xaricden azerbaycana mal-mehsul idxal eden iw adamlari terefinden alinir???!!!
Başlanır...Kəmərləri bağlayın...
Çox gözəl deyilmiş sözlərdir.Hansısa,sıravi vətəndaşın nə haqqı var ki,100 min dollar alsın,onun pulu əlində ölməlidir.Əsas anoloqu olmayan inkişafdır və dunyanın bizə paxıllıgıdır ki, bunlar da öz yerindədir.