ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində çətin duruma düşən Rusiyanın maliyyə bazarını xilas etmək üçün hökumət yeni tədbirlər görməyə çalışır.
“AzPolitika” Rusiya mətbuatına istinadla bildirir ki, ölkənin maliyyə naziri Anton Siluanov ABŞ dollarından asılılığı aradan qaldırmaq üçün hökumətin tədbirlər planı hazırladığını deyib.
“Rossiya” telekanalının qonağı olan maliyyə naziri dolların etibarsız maliyyə alətinə çevrildiyini bildirib. Bu səbəbdən Rusiya neft satışını indiyə qədər olduğu kimi ABŞ dolları ilə deyil, milli valyutada satmaq barədə düşünür: “Biz artıq öz ehtiyatlarımızın ABŞ aktivlərinə qoyuluşunu əhəmiyyətli dərəcədə azaltmışıq. Artıq dünya valyutası sayılan dollar hesablaşmalar üçün riskli alətə çevrilir.”
Bununla yanaşı, A.Siluanov deyib ki, hökumət ABŞ şirkətlərini Rusiyadan qovmaq fikrində deyil. Çünki bu şirkətlərdə çoxlu sayda Rusiya vətəndaşı işlə təmin olunub.
Bundan öncə Sankt-Peterburqda keçirilən iqtisadi forumda çıxış edən Vladimir Putin də dollar monopoliyasından qurtulmağın vacibliyini qeyd etmişdi: “Siyasi məsələlərin həllinə çalışarkən onlar dünyanın vahid valyutası kimi dolları etibardan salırlar. Ona görə də bütün ölkələr bu monopoliyadan necə azad olmaq barədə düşünməyə başlayır.”


Şərhlər