"Paşinyan o qədər əcaib, o qədər qeyri-ciddi hərəkətlərə yol verib ki..." - Üzeyir Cəfərov

Tanınmış hərbi ekspert Üzeyir Cəfərov bir neçə gün öncə ağır dövləti cinayətdə ittiham olunaraq həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın gözlənilmədən həbsdən azad olunmasını Moderator.az-a şərh edərək yaşananları məzhəkə adlandırıb:

"Ermənistanda hər mənada əsl məzhəkə davam edir. İstər siyasi arenada olsun, istərsə də digər sahələrdə, hər gün bir maraqlı mənzərə ilə rastlaşmaq imkanımız var. Tam olmayan bu 3 ay ərzində baş nazir Nikol Paşinyan o qədər əcaib, o qədər qeyri-ciddi hərəkətlərə yol verib ki, yəqin ki, belə gedişlə o çox da hakimiyyətdə qala bilməyəcək. Onsuz da bəlli idi ki, bu adam küçə psixologiyası ilə sadəcə Ermənistanın cinayətkar sabiq prezidenti Serj Sarkisyan və əvvəlki Qarabağ klanının səhv idarəetmə siyasəti nəticəsinə hakimiyyətə gəlib. Hiss olunur ki, çox təcrübəsizdir və istər daxildə, istərsə də xaricdə onu o qədər də ciddi qəbul etmirlər. Onun qəribə davranışları, qərarları artıq lətifələr ilə müşayət olunur. Elə Robert Koçaryanın həbsi və indi də həbsdən buraxdırması, eləcə də KTMT-nin baş katibi Xaçaturovla bağlı ona Moskvanın "göz ağartması" onun necə miskin bir durumda olmasını bir daha ortalığa qoydu. Ermənistanda məhkəmə hakimiyyətinin nə qədər oyuncaq və bir fiksiya durumda olmasını artıq dünya da görür və bilir. Ona görə də, vəziyyət get-gedə bir az da qəlizləşəcək və çətinləşəcək. Hesab edirəm ki, yaxın aylarda, təxmini sentyabr-noyabr arası İrəvanda və ətraf regionlarda çox ciddi narazılıqlar və narahatçılıqlar baş verməyini gözləmək olar. İnsanlar çox narazıdırlar. Qarabağla bağlı da Paşinyanın hansısa hiyləgər addımları və planları da iflasa uğrayacaq. Bir sözlə, mən də o fikiri bölüşürəm ki, Ermənistanda hələ indiki durum kimi ciddi və çox riskli vəziyyət heç vaxt bəlkə də olmamışdı. Sadəcə Ermənistan hələ ki, öz havadarı olan Moskvanın, həmçinin Vaşinqtonun və Parisin hesabına duruş gətirir. Azərbaycan tərəfi də bir qədər çevik diplomatiya sərgiləməli və müəyyən məqamlardan maksimum yararlanmağa çalışmalıdır. Bəlkə də bir müddətdən sonra belə unikal imkan bir də bizim əlimizə düşməz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar