Sosial şəbəkələrdə sürücü tərəfindən yol polisi ilə bağlı video yayılıb. Sürücü iddia edir ki, yol polisi qayda pozur. Hətta onun çəkiliş apardığını görüb oradan uzaqlaşarkən inspektor qəza şəraiti yaradıb.
“Sürücüdən qaçan yol polisi” başlıqlı həmin videoya yol polisi cavab verib. Bu barədə Avtosfer.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əslində hadisə heç də həmin videoda deyildiyi kimi baş verməyib.
V.Əsədov qeyd edib ki, 99 MT 608 dövlət nömrə nişanlı, "Opel Astra" markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib.

Hazırda sürücünün şər və böhtan xarakterli informasiya yayması ilə əlaqədar tərəfimizdən araşdırma aparılır”.


Şərhlər