Menu

"Bu, “xalqın cibinə girməkdən” başqa bir şey deyil" - Deputat qiymət artımı barədə

20.08.2018, 23:30
"Bu, “xalqın cibinə girməkdən” başqa bir şey deyil" - Deputat qiymət artımı barədə

"Son vaxtlar bir sıra rüsum və yığımların, ictimai nəqliyyatda gediş haqqının və indi də premium-klass benzinin qiymətinin artırılması əhalinin vəziyyətinə təsir edəcək".

Bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, parlamentin deputatı Fərəc Quliyev Ai-95, Aİ-98 markalı benzinlərin bahalaşmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, büdcənin qiymət artımı hesabına doldurulması vəziyyətdən çıxış yolu deyil, alternativ yollar axtarılmalıdır.

O qeyd edib ki, metro və avtobus nəqliyyatında gediş haqqının artırılması, istehlak bazarında bahalaşma əhalinin maddi vəziyyətini pisləşdirir.

F.Quliyev neft hasilatı olan ölkədə benzinin bahalaşmasının anlaşılmaz olduğunu hesab edir.

Onun fikrincə, ixrac qiymətlərinin artması aydın məsələdir. Amma neftin qiyməti sabit olan bir vaxtda ölkə daxilində qiymətin artırılmasının heç bir məntiqi izahı yoxdr və bu, “xalqın cibinə girməkdən” başq bir şey deyil.

O, Aİ-92 benzininin bahalaşmasının qətiyyən yolverilməz olduğunu bildirib.

“Bu, səhv olardı. Belə bir addım atsalar, mütləq pensiyaları, əmək haqlarını artırmaq, təzminat nəzərdə tutmaq lazım gələcək ki, xalq bundan əziyyət çəkməsin”, - deyə Quliyev bildirib.

Xatırladaq ki, avqustun 1-dən ictimai nəqliyyatda gediş haqqın 50 faiz bahalaşıb. Avqustun 19-da yanacaqdoldurma məntəqələrində Aİ-95 və Aİ-98 benzininin qiyməti 20 və 6 faiz bahalaşıb. Bundan başqa, hökumət bir sıra rüsumları artırıb. (Turan)

Şərhlər

Serlok Holms 2018-08-20 23:30:39

. Ferec muellimin deyesen benzine cox pulu cixir! Ona gore de narahatdi. Ferec muellim siz deyesen bizim cibimizin derdini dediniz?! Narahat olmayin, ele orada yuxarilara catdiri: ---Xalqin Daha Cibi Yoxdur! Xalqin tek cani qalib! O da size mexsusdusa durmayin...... .

Vahid 2018-08-20 23:30:39

Qiymətlər gözlənilmədən və əsası olmadan artırılır,dünya qiymətləri ilə müqayisə edilir.Soran yoxdur ki, Azərbaycanda orta əhalinin maaşı,müavinəti,pensiyası niyə digər dövlətlərlə müqayis edilmir?Maraqlı ölkədə yaşamalı olmuşuq.Vətəndaşı eşitmək istəyən yox(ərizə və şikayətlərə baxılmır,qəbulların nəticəsi boş, nəticəsiz) Milli Məclisin deputatlarının səsi eşidilmir ( ara bir saytlarda Həsənquliyev və digərləri hekayə şıxışlar edir,bunları da,nəzərə alan yoxdur ). BuUna idarəçilik yöx.özbaşınalıq deyilir.

marseldən Abitə 2018-08-20 23:30:39

Urus devirən olsaydı, xolodelnik əməliyyatının əsas icraçısı olmazdı!

buzlaq 2018-08-20 23:30:39

Ey cənabi Feterbürk duputatı! Millət Ai-95 və Aİ-98 markalı benzin yandıran maşınlarda gəzmir. Bu maşınlarda "Qudalar hakimiyyəti" və onların çırtımları gəzir. Özünə yalandan əl qatıb xal qazanma. Bəs gediş haqqı 50 faiz qaldırılanda harada idin, "ay canım-gözüm" ("Yuxu" kinosu)!!
P.S. Görüntü yaratmaqdan yorulmadınız, Adəbadə müəllim!!!

Abit 2018-08-20 23:30:39

Qüdret bey deyib axı rus istediyini almayınca el çekmeyecek hakimiyyeti devirecek

ədalət 2018-08-20 23:30:39

Hörmətı Fərəc müəllim xalq ictimayi nəgliyyatda gəzir,daha Ai-95,Ai-98 markali benzin yandiran avtomobillərdə yox,o vaxt səsinizi cixartmiş olsaydiniz daha səmimi görünərdini...

Zaur 2018-08-20 23:30:39

Xalqı fikirləşən duptat var????Yapın icazəsi olmasa sənin partiyan da olmazdı, sən də duptat olmazdın....

EWDER 2018-08-20 23:30:39

BIZ DOZUMLU XALQIQ...GETSIN .WIROKO WAQAET AZEBIJAN

t.ədalət 2018-08-20 23:30:39

Büdcənin qiymət artımları ilə doldurulması hakimiyyət eşalonunun səriştəsiz adamlarla doldurulmasını göstərir.Vergi və rüsum toplayan orqanların hələ də toplanmış vəsaiti oğurladığını,neft sahəsində çalışanların dövlət əmlakını total surətdə mənimsəmələrini gizlətmək mümkün deyil."Azərsu"," Xəzər Gəmiçiliyi",dəmir yolu və s. idarələrdə ayrılmış vəsaitin ehtiyaclardan çox hissəsini mənimsəmə faktı var və bu dövləti çökürdəcək."Bizdən rüşvət alırlar" -deyə, onlar günahları da hakimiyyətin üstünə atırlar.

Diesssssssel 2018-08-20 23:30:39

Xalqın gününə yanan insanlara eşq olsun. Necə dəqiq danışır.

vətəndaş 2018-08-20 23:30:39

BƏS NEFT MİLYARDLARINI KİM YEYİR TALAN EDİR? O BARƏDƏ YAZ DƏ MİLLƏT VƏKİLİSƏNSƏ YOX ƏGƏR KLANLARIN OLİQARXLARIN TALANÇILARIN VƏKİLİSƏNSƏ BELƏ HƏRDƏN GÖZDƏN PƏRDƏ AÇMAQ ÜÇÜN İCAZƏ VERİLƏNDƏ BİR İKİ KƏLMƏ YAZMAĞIN XEYRİ YOXDUR.ƏHALİNİN GÜZARANI GÜN GÜNDƏN PİSLƏŞİR. ƏSASS PROBLEM DƏ ODUR Kİ ÖLKƏ XALQ TALANIR HANSISA QARA QÜVVƏLƏR TƏRƏFİNDƏN.ƏHALİ İSƏ ARTIQ BUNU DƏRK EDİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol