Menu

Bakı ilə Minvodı arasında sürət qatarı işləyə bilər - Yol xəritəsi hazırlanır

23.08.2018, 22:03
Bakı ilə Minvodı arasında sürət qatarı işləyə bilər - Yol xəritəsi hazırlanır

“Rusiya Dəmir Yolları” Minvodı ilə Bakı arasında “Lastoçka” sürət qatarlarını işə sala bilər.

TASS-ın məlumatına görə, şirkət lazımi infrastruktur hazırlığından sonra bununla bağlı layihənin müzakirəsini nəzərdə tutub.

Stavropol və Dağıstandan keçəcək sürət qatarlarının regionda turist axınını gücləndirməsi gözlənilir.

Məlumata görə, Rusiyanın Şimali Qafqaz İşləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu Mineralnıe Vodı – Bakı sürət qatarının buraxılması üzrə yol xəritəsi hazırlayır. Layihənin əsas məqsədi sərnişinlərin Bakıdan Minvodıya daha tez və rahat çatmasını təmin etməkdir.

Sürət qatarı işə düşərsə, Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatmaq mümkün olar/Trend.

Şərhlər

hop-hopnamə 2018-08-23 22:03:36

Ə qoyun görək bir Strateji Yol Xəritələrini həzm edək da bə. Yenə xəritə?? Milləti boğmaq istəyirsiniz???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol