Menu

"Liverpul"un qapıçısı "Beşiktaş"da - Rəsmi

24.08.2018, 20:22
"Liverpul"un qapıçısı "Beşiktaş"da - Rəsmi

"Liverpul"un qapıçısı Loris Karius karyerasını "Beşiktaş"da davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.

Türkiyə mətbuatı alman qolkiperin iki mövsüm icarə əsasında İstanbul təmsilçisində oynayacağını yazıb. "Beşiktaş"ın 2.5 milyon avro icarə haqqı ödəyəcəyi bildirilib.

Qeyd edək ki, L.Karius 2016-cı ildən "Livepul"da oynayırdı. O, ötən mövsüm Çempionlar Liqasının finalında “Real”la oyunda (1:3) etdiyi kobud səhvlərlə yadda qalmışdı. Hətta 25 yaşlı qolkiper buna görə ölümlə təhdid olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol