Menu

Azərbaycanda orta illik inflyasiya 3,1%-ə enəcək

25.08.2018, 13:58
Azərbaycanda orta illik inflyasiya 3,1%-ə enəcək

Azərbaycanda orta illik inflyasiya qarşıdakı üç il ərzində azalaraq 2021-ci ildə 3,1%-ə düşəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

2017-2021-ci illər üzrə əsas makroiqtisadi göstəricilərin proqnozuna əsasən orta illik inflyasiya 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,7%, 2020-ci ildə 3,3% təşkil edəcək.

Qeyd edək ki, ötən il orta illik inflyasiya 12,9% olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol