Ötən axşam Neftçala rayonunun Xolqarabucaq kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Xəzərkənd kəndinin 29 yaşlı sakini Çingiz Rahim oğlu Quliyev “İJ” markalı motosikletlə hərəkətdə olarkən Xolqarabucaq kəndinin 21 yaşlı sakini Fəxrəddin Rövşən oğlu Abdullayevi vurub. Hadisə nəticəsində motosiklet idarəetməni itirərək aşdığından piyada ilə yanaşı motosikletçi də müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər