«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Moskva və Ankara müəyyən kateqoriyalı Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi üzrə mexnizmlər hazırlamağa başlayacaq.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə görüşün nəticələri barədə danışarkən bəyan edib. Xəbəri «TASS» agentliyi yayıb.
Lavrovun sözlərinə görə, danışıqlar zamanı o, Rusiyanın müəyyən kateqoriyalı Türkiyə vətəndaşları üçün viza rejiminin qarşılıqlı qaydada sadələşdirilməsi üzrə danışıqlara hazır olduğunu təsdiqləyib: «Bu məsələ ilə ən qısa müddətdə məşğul olacağıq».
Rusiyalı nazir həm də qeyd edib ki, ölkəsi bölgəsəl və beynəlxalq problemlər, o cümlədən, Suriya və Yaxın Şərqdəki vəziyyətin müxtəlif aspektləri üzrə Türkiyə ilə dialoqu «yüksək qiymətləndirir».


Şərhlər