Menu

Qarabağda şiddətli döyüşlər: iki erməni hərbçisinin öldüyü açıqlandı

31.07.2014, 14:30
Qarabağda şiddətli döyüşlər: iki erməni hərbçisinin öldüyü açıqlandı

Dağlıq Qarabağın şimal istiqamətində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu öldürülüb.

Erməni mətbuatının verdiyi məlumata görə, hadisə cəbhənin şimal istiqamətində Azərbaycan-Ermənistan qoşunları arasında baş verən toqquşma zamanı qeydə alınıb.

Həlak olanların şəxsiyyəti və insidentin detalları barəsində Ermənistan tərəfi susur.

Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan KİV-nin yaydığı məlumatlar təkzib olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol