Menu

Gədəbəydə yol qəzası zamanı 2 nəfər ölüb

27.08.2018, 00:19
Gədəbəydə yol qəzası zamanı 2 nəfər ölüb

Gədəbəy rayonunun Qaradağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib."Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Zəhmət kənd sakini Əliyev Təbriz Pənah oğlu və 1998-ci il təvəllüdlü Xarxar kənd sakini Abdullayev Samir Teymur oğlu hadisə yerində ölüb.

Avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Rəhimov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol