Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib.
"Report" xəbər verir ki, o, öz müraciətində hökumətin təqaüd sistemində nəzərdə tutduğu dəyişikliklərə toxunub.
Xatırladaq ki, Rusiyada pensiya sistemində ediləcək dəyişikliklərə əsasən, təqaüdə çıxma yaşının kişilərdə 65, qadınlarda isə 63 yaşa qədər artırılması nəzərdə tutulub.


Şərhlər
İqtisadiyyat elə bir məsələdir ki,onu kəşfiyyatçılar anlaya bilmir.Pensiya yaşının artırılması da bundan irəli gəlir.Guya,bu yolla ölkənin maliyyə imkanlarını artırırlar.Ancaq,siyasi addımlarla iqtisadiyatı heç yerindən tərpətmək olmur.Ağırlaşan iqtisadi durum dövlətin xarici kapitaldan asılılığını artırır.Xarici borcların çoxalması hakimiyyətin yıxılmasına şərait yaradır.Rusiya kimi nəhəng təbi sərvətlər səltənətində iqtisadi tənəzzülün baş verməsi hakimiyyətdəki kadrların yerində olmamasını göstərir.