«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) ali lideri, ölkənin sillahlı qüvvələrinin ali baş komandanı Əli Xamenei bəyan edib ki, hərbi əməliyyatların başlanması ehtimalı yoxdur, ancaq silahlı qüvvələr öz potensialını artırmalıdır.
Bu barədə Xameneinin rəsmi saytında xəbər verilib.
«Silahlı qüvvələr idarəetmədə sayıqlıq və çeviklik nümayiş etdirməli, hər gün özünün texniki imkanlarını və insan resurslarını yaxşılaşdırmalıdır. Bilməlidir ki, silahlı qüvvələrin hazırlığının gücləndirilməsi ismtiqamətində atılan hər addım Allaha hörmət deməkdir» - deyə, Xamenei bəyan edib və bildirib ki, siyasi hesablamalar baxımından müharibə ehtimalı mövcud deyil.
Bu ərəfədə, İRNA agentliyi müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini Mühəmməd Əhədiyə istinadla xəbər verib ki, İranın müdafiə nazirliyi özünün ballistik və qanadlı raketlərinin gücünü artırmağı və yeni nəsil qırıcılar, gəmilər, ağır sualtı qayıqlar, müxtəlif imkanlara malik silahlar almağı planlaşdırır.


Şərhlər